Əsas Səhifə > Cəmiyyət, Manşet > FETÖ ermənilərlə eyni cəbhədə:
FETÖ ermənilərlə eyni cəbhədə:1-10-2020, 18:08 |
Fətullahçı terror təşkilatının (FETÖ) üzdə olan fiqurları Türkiyə və Azərbaycan əleyhinə kampaniyanı genişləndirirlər. Yenicag.az-ın məlumatına görə, FETÖ-nun əsas təbliğat ruporlarından biri olan “Ahval” nəşri ermənipərəst mövqeləri ilə seçilən şəxslərə çox həvəslə tribuna verməklə yanaşı, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyan əks-hücum əməliyyatlarını az qala “təcavüz” kimi təqdim edir. . “Ahval” bir qədər əvvəl ermənilərin dəstəkçisi kimi tanınan “Qafqaz üzrə mütəxəssis” Tomas de Vaala efir imkanı yaraqdaraq, onun dilindən Azərbaycan və Türkiyə əleyhinə hədyanlar səsləndirir. Bundan başqa, Azərbaycanın Qarabağ cəbhəsində uğurlu əks-hücuma başlaması və bu hərbi kampaniyanı qətiyyətlə davam etdirməsi ermənilər qədər “sort” Gülənçilərin də dəngəsini ciddi şəkildə pozub. Əqidə qardaşları olan ermənilərin düşdüyü vəziyyətdən son dərəcə rahatsız olan FETÖ-çular özlərini “sülh göyərçini” kimi göstərməyə çalışaraq, Türkiyə və Azərbaycana qarşı xəyanətkar mövqe sərgiləməkdədirlər. Bu sırada olan yazıçı Emre Uslu və digərləri özlərinin sosial media hesablarından etdikləri son paylaşımlarda #SavasaHayır həştəqli paylaşımlarla ermənilərin halına ağlamaqdadırlar. Eyni zamanda, “Ahval”ın şef-redaktoru Yavuz Baydar, jurnalist Adem Yavuz Arslan və başqaları isə ictimai rəydə “Azərbaycanı bu savaşa Türkiyə təhrik etdi”, “Türkiyə cihadçıları Azərbaycana göndərdi” qənaəti yaratmağa çalışaraq, bu məzmunda paylaşımlar edirlər. FETÖ-nun rupuru olan “Ahval” isə daha irəli gedərək, Azərbaycanı “Ermənistana qarşı hücum etmək”də və suçlayıb. Göründüyü kimi, Türkiyəyə qənim kəsilən FETÖ-çular üzdəniraq patronlarının təlimatı ilə terrorçu PKK və ermənilərin qismində şeytanla əməkdaşlığa getməkdən də çəkinmirlər. Ermənilər üçün bu qədər göz yaşı tökən Gülənçilərin Azərbaycan bayrağı Xankəndində dalğalandığı an nə vəziyyətə düşəcəklərini indidən təsəvvür etmək olar. Geri qayıt |