Əsas Səhifə > Cəmiyyət, Güney Press > “Separatçı silahlı dəstələr Qarabağdan rədd olmalıdır”
“Separatçı silahlı dəstələr Qarabağdan rədd olmalıdır”5-12-2020, 09:42 |
“İşçi qaydasında Rusiya rəhbərliyi ilə danışıqlar aparmalıyıq. Elə Türkiyə rəhbərliyi ilə də. Çünki Qarabğda ermənilərin separatçı hərəkətlərini görürük. Bu, yolverilməzdir. Əlbəttə, mülki insanlar Xankəndinə qayıda, Azərbaycan dövlətinin qanunlarını qəbul edərək orada yaşaya bilərlər. Ancaq separatçı elementlərin yenidən üzə çıxdığını görürük”. Bu fikirləri Reyting.az-a Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Azərbaycanın Xankəndi şəhərinndə baş verənləri şərh edərkən deyib. Onun sözlərinə görə, separatçı meyllərin ortaya çıxması qəbuledilməzdir və bu əməlləri törədənlər cəzalandırılmalıdır: “Birinci növbədə Qarabağda olan qanunsuz silahlı dəstələr rədd olmalıdır. Noyabrın 10-da imzalanan üçtərəfli sənəddə bu məqam qeyd edilib. Qanunsuz silahlı dəstələr münaqişə ərazisindən çıxarılmalıdır. Rusiya buna boyun olub. İkinci məsələ mülki əhalinin ora qayıtmasıdır. Qayıtsınlar, Azərbaycan dövlətinin qanunlarını qəbul edərək vətəndaş kimi yaşamağa davam etsinlər. Üçüncüsü, orada separatçılar bəzi hərəkətlərə yol verirlər. Hansısa “Təhlükəsizlik Şurası”na katib təyin edirlər və s. Mən hesab edirəm ki, onlar bu addımlarla Azərbaycan tərəfinə qıcıq verirlər. Hesab edirəm ki, Azərbaycan bu kimi halları işçi qrupu səviyyəsində Türkiyə və Rusiya tərəfi ilə müzakirə etməlidir”. Geri qayıt |