Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azəriqaz" vətəndaşa belə problem yaradır...
"Azəriqaz" vətəndaşa belə problem yaradır...10-12-2020, 10:33 |
DİA.AZ: - Son günlər "Azəriqaz"dan şikayətlər durmadan artmaqdadır. Qeyd edək ki, şikayətlərin böyük əksəriyyəti diqqətsiz qaldığından vətəndaşlar rəsmən çarəsiz duruma düşüblər. DİA.AZ olaraq növbəti şikayəti təqdim edirik. İbrahim Abbaszadə adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda başına gələnləri belə nəql edir: "Şikayətim "Azəriqaz"dandır. Evinmdəki sayğacı dəyişiblər. Bundan sonra çekə baxanda dəli oldum... Çekdə borcumun məbləğini 34 manat yazıblar. Halbuki həmişəki kimi istifadə etmişik və hər ay ortalama 5-6 manat arası borci yazılırdı. Nə etməliyəm," Vətəndaşın iddiası ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |