Əsas Səhifə > Cəmiyyət, Manşet > "YÜKSƏLİŞ" MTK-NIN QEYRİ-QANUNİ YÜKSƏLİŞİ

"YÜKSƏLİŞ" MTK-NIN QEYRİ-QANUNİ YÜKSƏLİŞİ


4-09-2013, 15:23
"YÜKSƏLİŞ" MTK-NIN QEYRİ-QANUNİ YÜKSƏLİŞİ
BİR MƏNZİL BİR NEÇƏ ADAMA NECƏ SATILIR?

Ölkədə son illər həyata keçirilən tikinti və quruculuq işlərinin əsas ana xəttini özəl tikinti şirkətlərinin başlatdığı yüksək mərtəbəli yaşayış binalarının tikintisidir desək, yanılmarıq. Amma işin maraqlı tərəfi budur ki, bu şirkətlər içərsində dələduzluq edənlər, inşa etdikləri mənzilləri bir nəfərə deyil, bir neçə nəfərə sataraq qeyri-qanuni pullar toplayan dələduzlar da az deyil. Bəzən bu inşaat şirkətləri müəyyən məmurların kölgəsi altında olduğundan, “ağam mənə kor deyib, gəl-gedənə vur deyib” misalından geninə-boluna istifadə edənlər də tapılır. Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif Əli oğlu İldırımzadə də belə tikinti şirkətlərindən birinin qeyri-qanuni əməlini aşkara çıxarıb. Vətəninfo.az-a daxil olan sənədlərdən görünür ki, cənab İldırımzadə Qasımova Zərintac Baxşalı qızının şikayət ərizəsi əsasında rayon prokurorluğunda toplanmış 265-C-13 №-li materialı nəzərdən keçirib. Xətai rayon prokuroru müəyyən edib ki, 16.07.2013-cü il tarixdə Qasımova Zərintac Baxşalı qızının “Yüksəliş” MTK-nın sədri Bağışov Xaləddin Vəkil oğlu tərəfindən dələduzluq yolu ilə onlara məxsus mənzilin eyni zamanda digər şəxsə satılması barədə şikayət ərizəsi daxil olub. Material öyrənilərkən müəyyən edilib ki, Qasımova Zərintac Baxşalı qızının 07.10.2009-cu il tarixdə “Yüksəliş-C” MTK-dan aldığı mənzil həmin MTK-nın sədri Bağışov Xaləddin Vəkil oğlu tərəfindən eyni zamanda dələduzluq yolu ilə digər şəxsə satılıb. Göründüyü kimi, prokuror Bağışov Xaləddin Vəkil oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərini diqqətə alıb. Odur ki, X.Bağışov barəsində həmin maddə ilə cinayət işi başlanıb və ibtidai istintaq həyata keçirilib. Istintaqın başlanılması, maddi sübutların toplanılması üçün prokuror qərara alıb ki, 178.3.2-ci maddə ilə X.V.Bağışov haqqında cinayət işi başlanılsın. Redaksiyamıza daxil olan materiallardan aydın olur ki, Xətai rayon prokuroru Yusif İldırımzadənin vermiş olduğu bu qərardan sonra ibtidai istintaq başlanıb və bütün sənədlər toplanaraq işin baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. Hakim Habil Çingiz oğlu Məmmədovun sədrliyi ilə Xətai rayon prokuroru Y.İldırımzadənin Bağışov Xaləddin Vəkil oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanılmasına dair 19 iyul 2013-cü il tarixli qərarından Xaləddin Vəkil oğlu Bağırov şikayət verib. Məhkəmədə şikayətçi X.V.Bağışovun vəkili Mais Nuriyev məhkəmə iclasında müvəkkilinə qarşı Xətai rayon prokuroru tərəfindən açılan cinayət işinin əsassız olduğunu bildirib və cinayət işinin ləğvini tələb edib. Amma məkəmə şikayətçi tərəfin bu iddiasını təmin etmir və məhkəmə prosesi davam edir. Məhkəmənin sonunda hakim qərarını açıqlayır. Qərarda qeyd olunur ki, Xaləddin Vəkil oğlu Bağışovun müdafiəçisi Mais Məmməd oğlu Nuriyevin Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Yusif Əli oğlu İldırımzadənin Bağışov Xaləddin Vəkil oğlu barəsində CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanılmasına dair 19 iyul 2013-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin. X.V.Bağışov ona qarşı qaldırılan cinayət işini ləğv etdirmək üçün Xətai rayon Məhkəməsinin vermiş olduğu bu qərardan Bakı Apellyasiya Məkəməsinə şikayət edir. Apellyasiya Məhkəməsi də sonda Xətai rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qərarını qüvvədə saxlamaqla bərabər, vurğulayır ki, bu qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Yəni, Xətai rayon Prokurorluğunun “Yüksəliş-C” MTK haqqında və bu MTK-nın sədri haqqında qaldırmış olduğu cinayət işi tamamilə qanuna uyğun aparılır. Maraqlıdır ki, “Yüksəliş-C” MTK ilə bağlı bu günə kimi onlarla məlumatlar səsləndirilib, iddialar ortaya qoyulub. MTK-nın sədri Xaləddin Bağışovun vətəndaşları aldatdığı, inşa etdiyi binalardan mənzil alan vətəndaşların mənzillərini əlavə vəsait əldə etməsi üçün digər vətəndaşlara satdığı iddia edilir.
Redaksiyadan: Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt