Əsas Səhifə > Cəmiyyət, Manşet > Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi”
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi”28-12-2020, 10:07 |
Yasamal Rayon İcra Hakimiyyəti dekabr ayında 4 tenderə yekun vurub. Reportyor.info xəbər verir ki, bu tenderlərin toplam maliyyə dəyəri 892 902.09 AZN-dir. Üç tenderin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC olub. İcra hakimiyyəti ilə QSC arasında imzalanan müqavilələrdə işçi qrupları üçün xüsusi növ geyimlərinin, ehtiyat hissələrinin və avadanlıqların satın alınması nəzərdə tutulur.Qurumu buna görə QSC-yə 615 511.84 AZN ödəyəcək. İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC 18 may 2015-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi, ev 98, mənzil 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur. Araşdırmalarımız zamanı QSC-nin icra hakimiyyətlərinin, xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sevimli şirkəti olduğu üzə çıxıb. Nə sirdirsə, icra hakimiyyətlərinin, o cümlədən BŞİH-in keçirdiyi tenderlərin qalibi əsasən bu şirkət olur. Amma şirkətin özü, gördüyü işlər və qanuni təmsilçisi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da QSC-nin fəaliyyətinə şübhələr yaradır. Yasamal Rayon İcra Hakimiyyətinin müqavilə bağladığı şirkətlərdən biri də “Star Construktion 12” QSC-dir. Müqaviləyə əsasən şirkət asfhalt örtüyünün təmir işlərini həyata keçirməlidir. “Star Construktion 12” QSC dövlət satınalmalarını izləyənlərə yaxşı tanışdır. Bu şirkət əsasən şübhəli tenderlərdə keçir. “Star Construktion-12” QSC 4 mart 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur. Şirkətin özü kimi qanuni təmsilçisi də vaxtilə şübhəli fəaliyyətlə məşğul olub. Hər halda Bakı Şəhər Təhsil İdarəsinin təchizar şöbəsinin rəisi vəzifəsində işləmiş Mirsahib Bayramov hazırda İqtisadiyyat naziri vəzifəsini daşıyan Mikayıl Cabbarovun Təhsil naziri olduğu dönəmdə qanunsuz əməllərinə görə işdən azad edilib. Onun fəaliyyəti ilə bağlı araşdırmalar zamanı bəlli olub ki, məktəbrlərin təzhizatı yox səviyyəsindədir. Büdəc vəsaitləri isə qaranlıq məqsədlərə sərf edilib. Bundan sonra Mirsahib Bayramov “Star Construktion 12” MMC-nin rəhbrəliyinə keçib. Sonrada MMC ləğv edilərək QSC-yə çevrilib. Bu şirkət də “Tikiti-Təmir-Təzhizat-Bərpa” QSC kimi yerli icra hakimiyyətlərinin sevimli şirkəti hesab olunur. Geri qayıt |