Əsas Səhifə > Cəmiyyət, Manşet > "Grand Home Concept" müxtəlif yollarla boyun qaçırmağa başlayıb...
"Grand Home Concept" müxtəlif yollarla boyun qaçırmağa başlayıb...13-01-2021, 12:21 |
Azərbaycanda koronovirus pandemiyası səbəbi ilə tətbiq edilən sərt karantin rejiminə görə vətəndaşlar daha çox onlayn ticarətə üstünlük verir. Lakin bəzi şirkətlər onlayn ticarətin onlara yaratdığı "avantaj"dan öz xeyirlərinə istifadə edirlər. Çox maraqlıdır ki, adətən geyim və məişət texnikaları ilə bağlı şikayətlər çox olduğu halda bu dəfə mebel satışı ilə məşğul olan qurumlar vətəndaşı aldadınlar. GUNDEMİNFO.AZ xəbər verir ki, bu dəfə aldadılan vətəndaş nə az, nə çox tam 5200 manat ziyana düşüb. Öncə tam mebel və cehizlik dəsti sifariş verən vətəndaşa məhsul təqdim edilib. Sonradan aydın olub ki, vətəndaşın onlayn qaydada seçdiyi və ödəniş etdiyi mebel dəsti başqa dəstdir. Eyni zamanda məhsul ucuz və keyfiyyətsizdir. Vətəndaş iddia edir ki, aldığı məhsul həm də "brak" çıxıb. Lakin dəymiş ziyanın ödənilməsi və məhsulun dəyişdirilməsi tələbinə gələndə "Grand Home Concept" bunu etməkdən müxtəlif yollarla boyun qaçırmağa başlayıb. Çox maraqlıdır ki, sosial şəbəkələrdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də tag edilsə də bu günə qədər rəsmi qurum vətəndaşın problemi ilə bağlı heç bir açıqlama verməyib. GUNDEMİNFO.AZ olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Həmin şikayəti təqdim edirik: "Salam "Grand Home Concept"dən şikayətçiyəm. Dekabrın 31-i həmin magazdan online 5.200 manata cehizlik yataq dəsti almışıq mebel quraşdırıldıqdan sonra sifariş verdiyimiz mebellə heç bir əlaqəsi olmadığını mebelin deffekt olduğunu gördük.Dəfələrlə özünü müdür kimi təqdim edən Musa adli şexse zeng etsəkdə gah zənglərə cavab vermir gahda gəlib baxaram yalançı vədləri ilə bizi yubadır.Halbuki müştərinin 14 gün müddətində aldığı malı geri qaytarmaq kimi haqqı var" Geri qayıt |