Əsas Səhifə > Cəmiyyət, Manşet > Səs-küylü həbslər başlayır
Səs-küylü həbslər başlayır4-02-2021, 10:24 |
Fevral ayının ilk ongünlüyündə Azərbaycanda səs-küylü həbslər olacaq. Bakupost -a daxil olan məlumata görə, ölkədə aparılan kadr islahatları, korrupsiyaya qarşı mübarizə çərçivəsində başladılan araşdırma zamanı böyük maliyyə fırıldaqlarının izinə düşülüb. Aidiyyəti qurumların əməkdaşları ölkədə iri ranqlı vəzifə sahiblərinin, qurum rəhbərlərinin əməllərini ifşa ediblər. Konkret ad çəkilməsə də, Azərbaycanda məmurlara qarşı ən iri əməliyyatların keçiriləcəyi gözlənilir. Qeyd edək ki, Prezident İlham Əliyevin son müsahibəsində yüksək vəzifəli şəxslərin adlarını çəkməsi sensasiya yaradıb. Ölkə başçısının həmin məmurlarla bağlı işlətdiyi ifadələr onu göstərir ki, onların əməlləri, vəzifədən sui-istifadə hallarına yol vermələri, mülkiyyət, eyş-işrət həvəskarı olmaqla bağlı müfəssəl məlumatlara malikdir. Və ölkəyə rəhbərlik edən bir şəxsin bu şəkildə reaksiyası sadəcə bir xəbərdarlıq ola bilməz. Digər tərəfdən isə Prezident həmin şəxsləri cəzalandıracağını az qala açıq mətnlə dedi. Buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz böyük həbslərin Prezidentin tənqid etdiyi şəxsləri də əhatə edəcəyi barədə indidən nəsə demək çətindi. Mənbə bildirir ki, aparılan araşdırmalar təkcə indiyə kimi hamının diqqət mərkəzində olan məmurlar deyil, həmçinin diqqətdən kənarda qalan dövlət qurumları və təşkilatlar da hədəfdədir. Geri qayıt |