Əsas Səhifə > Cəmiyyət, Manşet > Vüsal Hüseynov necə general-mayor oldu?

Vüsal Hüseynov necə general-mayor oldu?


12-02-2021, 11:23
Vüsal Hüseynov necə general-mayor oldu?
Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynovun general-mayor rütbəsi alması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Reportyor.info xəbər verir ki, keçmiş deputat V.Hüseynov ilk ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Bir il hərbi xidmət keçib.
Bu da o deməkdir ki, ordudan ən yaxşı halda baş çavuş rütbəsi ilə ayrılıb. Ancaq indi general-mayordur.
Sosial media fəallarə yazırlar ki, Miqrasiya Xidməti rəhbərinin rütbə daşımasına, uniforma geyiməsinə heç bir ehtiyac yoxdur. Digər tərəfdən ona general rütbəsinin necə verilməsi də çox maraqlıdır. Şərhlərdə isə bəziləri qeyd edir ki, bu, daxili rütbədir və hərbi biletdə qeyd olunmur. DMX daxilində rütbələr verilə bilir.


***

Vüsal Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil almışdır.

Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsinə daxil oldu və 2001-ci ilin iyununda bakalavr dərəcəsi aldı. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak etdi. 2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil oldu və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi aldı.

2007-ci ildə Vüsal Hüseynov Birləşmiş Krallığın Edinburq və London şəhərlərində John Smith təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə 6 həftəlik John Smith programında iştirak etdi. 2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldu və 2012-ci ildə bitirdi. 2009-cu ildə Vüsal Hüseynov iki xüsusi təlimin iştirakçısı oldu. O, iyul ayında Türkiyədə, İstanbulda keçirilən Mərkəzi Avrasiya Liderlik Akademiyasının liderlik təlimində iştirak etdi. İki ay sonra-Sentyabrda isə o, Passau Universitetininin korrupsiya iqtisadiyyatı üzrə ixtisaslaşmış yaxşı idarəçilik və islahat təlimində iştirak etmək üçün Almaniyaya getdi.

2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul oldu. O, təhsili müddətində Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd aldı. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələndi.

Evlidir, iki övladı var.

***

Vüsal Hüseynov 2005-ci ildə yeni yaradılmış Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində məsləhətçi kimi işləməyə başladı. Bu vəzifədə çalışarkən o, həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun katibi kimi fəaliyyət göstərməyə başladı. Onun vəzifələrinə anti-korrupsiya fəaliyyətlərində iştirak edən dövlət orqanları ilə əməkdaşlıq, mətbuat və vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla münasibətlərin koordinasiyası daxil idi. Vüsal Hüseynov 2008-2010-cu illər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının eksperti kimi idarəçilik və korrupsiyaya qarşı mübarizə sahələrində bütün qrant müraciətlərinin dəyərləndirdi. O, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya çərçivəsində qiymətləndirmə və monitorinq məruzələrinin hazırlanmasında iştirak etdi. 2011-ci ildə ABŞ-da təhsilini davam etdirmək üçün işinə fasilə verdi.

Vüsal Hüseynov 2011-2013-cü illər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi, daha sonra isə baş məsləhətçisi oldu. 2013-cü ildə o, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasnın katibi təyin edildi.[1] Bu illər ərzində o, Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsində “Yaxşı idarəçilik və korrupsiyaya qarşı Mübarizə” layihəsində milli koordinator kimi çıxış etdi. 2015-ci ildə o, əmək fəaliyyətini Milli Məclisin deputatı kimi davam etdirməyə başladı.
Geri qayıt