Əsas Səhifə > Cəmiyyət, Manşet > "Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb"
"Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb"26-02-2021, 12:03 |
“Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb. Bizi qənaətimizə görə, bu belədir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib. “Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olub. Son 2 il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri heç özləri də bilmirdilər nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və təhlükəli bəyanatları onların fəaliyyətlərini də iflic və mənasız edib”, - dövlət başçısı bildirib. Prezident İlham Əliyev onu da bildirib ki, Qarabağın dağlıq və aran hissəsi Azrbaycan ərazisidir və ermənilər bura köçürülüb, yaşayırlar, biz buna qarşı deyilik vəı Azərbaycanın digər bölgələrində olduğu kimi orada da ermənilər yaşaya bilərlər. Geri qayıt |