Əsas Səhifə > Cəmiyyət, Manşet > Zeynal Nağdəliyevin milyonları ölkədən bu yolla çıxarılırmış
Zeynal Nağdəliyevin milyonları ölkədən bu yolla çıxarılırmış23-04-2021, 09:58 |
Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin ailə biznesi ilə bağlı maraqlı faktlar ortaya çıxıb. "Unikal" qəzetinin bu günki sayında yazılır ki, bu biznesin başında onun övladları – Nemət və Hikmət Nağdəliyevlər dayanır. Rusiyada təhsil alan qardaşlardan Nemət Nağdəliyev daha əvvəl Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində attaşe vəzifəsinə təyin olunub. Hazırda isə o, Polşada fəaliyyət göstərir. Belə ki, 2017-ci ilin oktyabr ayında N.Nağdəliyev həmin səfirlikdə yerləşməklə Mərkəzi və Şərqi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib. Z.Nağdəliyevin kiçik oğlu Hikmət Nağdəliyev isə sırf biznes fəaliyyətilə məşğuldur. Baxmayaraq ki, rəsmi sənədlərdə Bakı Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekan müavini və hüquq fakültəsinin müəllimi kimi görünür. Atasının səlahiyyətlərindən geniş şəkildə yararlanan H.Nağdəliyevin nəzarətindəki şirkətlər xüsusilə dövlət satınalmalarından böyük pullar əldə edir. Məlumdur ki, Z.Nağdəliyev rayon (şəhər) icra hakimiyyətlərini və yerli özünüidarəetmə orqanlarını kurasiya edir; bu səbəbdən də onun həmin qurumlar üzərində ciddi təsiri var. Elə ona görə də ələxüsus yerli icra hakimiyyətləri öz tenderlərinin mühüm hissəsini məhz ata Nağdəliyevin oğlunun şirkətlərinə verirlər. Bununla belə, H.Nağdəliyevin əldə olunan qazancı birgə çalışdığı sahibkarlarla bölüşməkdən boyun qaçırdığı, bu səbəbdən də tərəflər arasında mübahisələrin yarandığı və işin hətta məhkəməyə qədər uzandığı məlumdur. İddialara görə, müvafiq qanunvericiliyin tələblərinə zidd keçirilən tenderlərdən əldə olunan vəsaitlər – çirkli pullar daha sonra böyük oğul vasitəsilə əsasən Şərqi Avropa ölkələrinə, eləcə də Rusiyaya daşınır. N.Nağdəliyevin hazırda tutduğu vəzifə bu işi xeyli asanlaşdırır. Məhz həmin vəsaitlər hesabına Z.Nağdəliyevin sözügedən regionda böyük tikinti biznesi formalaşıb. Belə ki, onun Macarıstan başda olmaqla Şərqi Avropanın bir çox yerində yaşayış binaları və ofislərin inşaatını həyata keçirən şirkətləri var. Geri qayıt |