Əsas Səhifə > Cəmiyyət, Manşet > Buralar rəsmən XƏSTƏLİK MƏNBƏYİDİR...

Buralar rəsmən XƏSTƏLİK MƏNBƏYİDİR...


29-07-2021, 11:33
Buralar rəsmən XƏSTƏLİK MƏNBƏYİDİR...
Bu gün Şəmkirin “Səbət bazarı”nda nə desən, tapmaq mümkündür – göy-göyərtidən tutmuş istənilən ölkədə yetişən meyvə-tərəvəzə kimi. Əksəriyyətinin də satışında nə gigiyenik qaydalara əməl edilir, nə də normal həkim nəzarəti var.
Ölkəmizdə koronovirus infeksiyasının qarşısını almaq məqsədilə karantin rejimi olsa da Şəmkir rayonun Səbət bazarında bu qaydalara qətiyyən əməl olunmur.
Buna Şəmkir rayon bazarından olan Dünyanınsəsi.Az saytının əməkdaşları da şahid olublar.
Belə ki, burada mənzərə heç də xoş deyil.
Bərbad vəziyyət bazarda səliqəsizlikdir, antisanitariya, natəmizlik o dəqiqə gözə çarpır. Natəmizlikdən əmələ gələn pis qoxudan Səbət bazarının yaxınlığından keçmək belə mümkün deyil.Ərazidə zibili yığnaqları bazar rəhbərliyi tərəfindən vaxtında yığılmır.
Bu isə infeksiyanın daha da artmasına yol açır, koronavurusun yayılmasına şərait yaradır.Bazarda tam antisanitariya hökm sürür.Qida məhsulları, kənd təsərrüfatı malları hətta yerdə və üstü açıq şəkildə satılır.Piştaxtalarda bu şəkildə satılan mallar insan həyatı üçün təhlükə mənbəyidir. Bu barədə dəfələrlə bazarın rəhbərliyinə deyilsə də bazar rəhbərliyi bu neqativ və acınacaqlı halın aradan qaldırılması üçün heç bir tədbir görmür.Məsələ ilə bağlı saytımızın müxbiri Şəmkir icra hakimiyyəti ilə əlaqə saxlayıb İcra hakimiyyətindən çox qəribə də olsa bildirdilər ki,onlar bazara baxmırlar.
Halbuki , bazarda hökm sürən antisanitariya vəziyyətinə görə onlar da məsuldurlar.Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional Bölməsi isə bu bu xoşagəlməyən halla bağlı məlumatı var. Şəmkir sakini Oruc Orucov dəfələrlə bu haqda bazar rəhbərliyinə şikayət etsə də buna heç bir məhəl qoyulmayıb.Hazırda həbsdə olan el arasında Şəmkirdə “Maral Paşa” kimi tanınan şəxsin oğluna məxsus olan bazarda rekertçilik höküm sürür. Beləki bazara girib-çıxan hər kəs “gömürük” postunda haqq verməyə məcbur edilir.Bu bazarda əhalidən yığılan pullar hansı oliqarx-məmurun cibinə getməsini araşdırmaq isə hüquq- mühavizə orqanlarının üzərinə düşür.
Bəs deyirdilər bazarlarda yeni nəzarət sistemi qurulacaq?
Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirirsə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə bu istiqamətdə öz fəaliyyətlərini təkmilləşdirməli həm də məhsulun təhlükəsiz satışını da təmin etməlidirlər.
Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi sahibkarlara Agentliyin əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində gördüyü işlər barədə niyə ətraflı məlumat vermirlər?
Redaksiya olaraq Səbət bazarına rəhbərlik edən şəxs və şəxslərin mövqeyini dərc edə bilərik.

Bazardan çəkilən reportajı təqdim edirik:




Geri qayıt