Əsas Səhifə > Cəmiyyət, Manşet > İlqar Qəribov artıq azadlıqda: Niyə həbs oundu,kim və necə buraxdırdı???
İlqar Qəribov artıq azadlıqda: Niyə həbs oundu,kim və necə buraxdırdı???3-08-2021, 11:12 |
Ötən il, martın 14-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilməsi barədə yayılan məlumat ölkədə geniş rezonans yaratdı. Bu İcra Hakimiyəti strukturlarında keçirilən əməliyyatların digər sahələrdə də davam etdirilməsi kimi dövrü mətbuatın gündəminə gəldi.Lakin bu həqiqətən də belə idi yoxsa… Aktualinfo.org həmin dövrdə DİN tərəfindən yayılan məlumatı bir daha xatırlatmaq istəyir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olmuşdur. Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir. Həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-nəzarət tədbirləri görülmüş, onların cinayət əməlləri qeydə alınaraq dəstə rəhbəri və üzvlərinin qanunsuz fəaliyyətləri hərtərəfli öyrənilmişdir. Vəzifəsi meşə sahələrinin qorunması və inkişaf etdirilməsi olan mərkəzin direktoru İlqar Qəribovun və qeyrilərinin cinayət əməlləri təkzibedilməz sübutlarla təsdiq edilmişdir. Araşdırmalarla məlum olmuşdur ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunmuşdur. Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülmüşdür. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilmişdir. Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu da məlum olmuşdur. Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılmış, hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Göründüyü kimi, DİN-in yaydığı məlumatlarda Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstənin Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərini kəsərək emal müəssisələrinə satışını təşkil etdikləri təkzibedilməz sübutlarla təsdiq edildiyi bildirilir və qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işinin başlanıldığı öz əksini tapır. Aktualinfo.org hələ may ayında Şəki Ağır Cinayələr Məhkəməsində İlqar Qəribov və dəstəsinin cinayət işi üzrə məhkəmə istintaqının 6 aydan çoxdur ki,davam etməsi barədə məlumat yaymışdı. Bu prosesə sədrlik edən hakim Rəşid Hüseynovun qəfil vəfatından sonra işin icraatı Şəki Ağır Cinayələr Məhkəməsinin sədri Rafail Əliyevə həvalə edilmişdi.Həmçinin həmin məlumatlarda bildirmişdik ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdövsi Əliyevin tabeçiliyindəki aidiyyatı strukturların işçilərinə birbaşa şifahi göstəriş vermişdir ki, İlqar Qəribov və dəstəsinə məhkəmə prosesləri üçün tələb edilən və onların xeyrinə olacaq bütün sənəd və sübutlar müzakirə edilmədən təşkil edilsin və dərhal Şəki Ağır Cinayələr Məhkəməsinə göndərilsin. Bu göstərişdən sonra həqiqətən də İlqar Qəribovun azadlığa çıxması üçün lazım olan bütün sənədlər nazirlikdə saxtakarlıqla tərtib edilərək möhürlənir və məhkəməyə göndərilir ki, hakimlər kollegiyası sözügedən dəstəsini şərti işlə azadlığa çıxara bilsinlər. Redaksiyamıza verilən ən son məlumatlara görə ötən həftə məhkəmə prosesi yekunlaşıb və İlqar Qəribov rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvləri ilə birgə artıq azadlığa buraxılıb.Maraqlı burasıdır ki, məhkəmənin başa çatması və İlqar Qəribovun azadlığa buraxılması ictimaiyyətə açıqlanmayıb,bir növ xəlvəti keçirilib. Yəni onun həbs olunduğu kimi səs-küyə səbəb olmadan başa çatdırılıb. Burada bir çox suallar meydana çıxır ki,birincisi budur. Məhkəmə İlqar Qəribovun əməllərində cinayət tərkibi görməyibsə, görülmüş həbs qətimkan tədbirlərini necə başa düşək? Belə çıxmırmı ki, ictimaiyyətə verilən məlumatlar,göstərilən video görüntülər gözdən pərdə asmaq üçünmüş? Bu həbsin arxasında başqa səbəblər,gizlin planlar var imiş. Əldə etdiyimiz məlumatlara görə dəstə üzvlərinin azadlığa çıxması üçün İlqar Qəribov milyonlarla manat vəsait sərf edib. Bu vəsaitlər hara sərf olunub? Bu büdcə vəsaiti deyil ki,geri qaytarılsın.Bu İlqar Qəribov və dəstə üzvlərinin qeyd olunan meşələrdə çoxillik ağacların qanunsuz kəsilərək satılmasından əldə olunan gəlirlərdir.Çoxillik ağacları kəsdikdən sonra dövlətə qaytarılan 50-100 min manatdan dövlətə nə fayda? Axı həmin ağacların yetişməsi üçün elə 50-100 il zaman lazım olur. Digər tərəfdən həmin pullar həqiqətənmi dövlətə qaytarılıb,ya kimlərinsə cibinə gedib. Sonda onu qeyd etmək istərdik ki,son on gündür qardaş Türkəyədə baş verən meşə yanğınlarının törətdiyi fəsadlar Azərbaycan ictimaiyyətinin də ürəyini ağrıdır. Təbiətə qarşı törədilən bu vəhşiliyin qarşısının alınması üçün Türkiyə höküməti bütün gücünü səfərbər edib. Sizcə İlqar Qəribovun Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə törətdikləri ilə Türkiyə meşələrində törədilən yanğınların arasında nə fərq var? Mövzuya daha ətraflı bir daha qayıdacağıq. Aktualinfo.org Geri qayıt |