Əsas Səhifə > Cəmiyyət, Manşet > Deputat dövlətin gördüyü işləri ÖZ ADINA ÇIXDI...

Deputat dövlətin gördüyü işləri ÖZ ADINA ÇIXDI...


3-02-2022, 12:20
Deputat dövlətin gördüyü işləri ÖZ ADINA ÇIXDI...
Sabirabaddan deputat olan Ramin Məmmədov (beləsi də varmış!) 2021-ci ildəki fəaliyyətinə dair hesabat yayıb. TİA.Az xəbər verir ki, deputat 2021-ci ildə bir kənddə orta məktəb istifadəyə verildiyini, 36 km yol təmir edildiyini, kəndlərdə qazlaşdırma, elektrik naqillərinin dəyişdirilməsi, telefon xətlərinin çəkilişi başladığını açıqlayıb.
Sitat: “2021-ci ildə Qaragüney kənd orta məktəbi istifadəyə verilib, Kür qırağı adlandırılan yolun 36 km hissəsi cari təmir edilib, 12 kəndin qazlaşdırılmasına başlanılıb, 20 kənd üçün telefon və internet xətlərinin çəkilişinə start verilib, bir çox kəndlərdə ödəmə terminalları, elektrik naqillərinin dəyişdirilməsi həyata keçirilib”.
Ancaq görülən bu işlərin deputatın səlahiyyətləri ilə heç bir əlaqəsi yoxdur. Seçicilər və sosial şəbəkə istifadəçiləri yazırlar ki, millət vəkili məktəb tikən, yol çəkən, telefon xətti quraşdıran deyil. Bu layihələri müvafiq qurumlar həyata keçirir. Ona görə deputatın bu işləri öz adına çıxarması gülüncdür.
Hətta məsxərəyə qoyaraq şərh yazanlar da olub: “Sən qırbasansan, prorabsan, montyorsan-nəsən? İşinlə məşğul ol də…”
Həqiqətən də Azərbaycanda deputatların funksiyası tamamilə başqadır. Di gəl, R.Məmmədov öz işinin nədən ibarət olduğunu bilmir, məktəb tikilməsini, telefon xətti çəkilməsini öz uğuru kimi təqdim edir.
Görünür, 2022 hesabatında da vaksinləşmə prosesinin sürətlə getməsini, evlərin darvazalarının rənglənməsini öz adına çıxaracaq.

Geri qayıt