Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində ŞÜBHƏLİ MƏQAMLAR...
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində ŞÜBHƏLİ MƏQAMLAR...7-02-2022, 09:56 |
Azərbaycan təhsilində baş verən ilginc hadisələr barəsində kifayət qədər yazılıb. Bu sahəni tənqid etmək üçün münəccimliyə, tədqiqatçılığa ehtiyac yoxdur. Necə deyərlər, görünən dağa bələdçi lazım olmur. Amma rastlaşdığım hadisə məni bu sətirləri yazmağa vadar etdi. Yazdım ki, çox hörmətli Təhsil nazirimiz Emin Əmrullayev, Texniki Universitetin rektoru Vilayət Vəliyev də məsələdən hali olsunlar. Çünki yazacaqlarım təhsil adına bir utanc, Azərbaycan vətəndaşı üçün isə rüsvayçılıqdır. Rüşvət almaq da, korrupsioner olmaq da mümkündür-insan xisləti bu xüsusiyyətlərdən xali deyil. Amma öz dövlətinə, onun qazisinə nifrət bəsləmək, milli kimliyini pərdələyərək genetik köklərinin qisasını almaq heç bir mizan-tərəziyə uyğun gəlmir. Beləliklə baş verənləri bəzək-düzəksiz, sadə el dilində diqqətinizə çatdırıram ki, siz də bu rüsvayçılıqdan, xalqımıza qarşı baş qaldıran milli nifrətdən xəbərdar olasınız. Qələm əhli olan dostumuzla xəbər tutduq ki, aprel döyüşçüsü olan qardaşımızın Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində təhsil alan övladının kəsirləri var. Bir döyüşçü qardaşımız qarşısında mənəvi borcumuzu azacıq da olsa ödəmək istəyi ilə onun özünün xəbəri belə olmadan yaranmış borcu ödəmək və tələbə övladımızın imtahanlara qatılmasına şərait yaratmaq istədik. Ən azından tələbə övladımızın atası cəbhədə olarkən keçirdiyi mənəvi iztirabların onun təhsil almasında hansı problemlər yaratdığını müəllimlərindən daha yaxşı anlayırıq. Əlqərəz, yollandıq Kollecə və qapının ağzında bizi qarşılayan mühafizəçiyə gəlişimizin məqsədini və direktor Bəxtiyar Bəxtiyarovla görüşmək istədiyimizi söylədik. Mühafizəçi Bəxtiyar müəllimin gəlişimzdən xeyli bəxtiyar olacağını söyləyərək təəssüflə qeyd etdi ki, direktor burda yoxdur, nazirlikdədir və sabah gəlməyimizi məsləhət gördü. Geri qayıdaraq Kollecin binasından bir az aralanmışdıq ki, mühafizəçi qaçaraq gəldi ki, bəs direktor olmasa da müavini Üzeyir müəllim buradadır və sizi o qəbul edəcək. Romanlarda deyildiyi kimi elə nə oldusa da bundan sonra oldu. Geri dönərək Tədris işləri üzrə direktor müavini Üzeyir Salehzadə ilə görüşdük. Gəlişimizin məqsədini ona söyləyəndə Üzeyirin (inciməsin müəllim deməyəcəyəm) mimikası, jestləri qəflətən dəyişdi. Nə qədər pərdələməyə çalışsa da onda xalqımıza, qazilərə qarşı olan pataloji nifrəti elə ilk andaca sezdik. Çünki nifrət onun baxışlarında alovlanaraq sözlərindən od kimi tökülürdü. Bir döyüşçü övladına kömək etmək istədiyimizi eşidən kimi Salehzadə Üzeyir necə əsəbləşdisə bizi gah reketçilikdə, gah da qanunları pozmaqda ittiham etməyə başladı. Anlamadıq ki, bir müharibə iştirakçısına, qəhrəman döyüşçü övladına kömək etməyin reketçiliklə nə əlaqəsi var. Üzeyirin HAYqırtısına bayaqdan nazirlikdə olduğu söylənilən Bəxtiyar müəllim kabinetindən çıxdı və hadisənin məğzindən xəbər tutmamış müavinisayaq üzərimizə hücuma keçdi. Onu birtəhər sakitləşdirərək gəlişimizin məramını anlatdıq. İnsafən Bəxtiyar müəllim bizi dinləyəndən sonra tələbələrin gəlməsini və onlara kömək ediləcəyini bildirdi. Amma artıq necə deyərlər, olan olmuşdu və Üzeyirin bulandırdığı suyu Bəxtiyar müəllimin sözləri durulda bilmədi. Bir təhsil ocağında qazilərə olan bu münasibət məni sadəcə olaraq dəhşətə gətirmişdi. Apardığım qısa araşdırmadan sonra baş verənlərin məğzini anladım. Aldığım xəbərlərə görə, Üzeyirin xalqımıza və qazilərimizə qarşı olan nifrətinin kökündə onun Hadrutdan rədd edilən qohumlarının təəssübkeşliyi dayanır. Görünür, qəhrəman Azərbaycan əsgərinin qazandığı möhtəşəm qələbə və Hadrutun azadlığı genetik kodları süni milli kimliyindən güclü olan Üzeyiri hələ də rahat buraxmır. Bu səbəbdən də qazi adını eşidən kimi HAYqırtısı bütün Kollecə yayılır. Üzümü hüquq-mühafizə orqanları, təhlükəsizlik xidmətinin əməkdaşlarına tutaraq bu faktın araşdırılmasını xahiş edirəm. Böyük bir təhsil ocağında xalqımıza qarşı düşmən münasibət bəsləyən birisinin rəhbər mövqedə əyləşməsi, at oynatması, qazilərimizə fürsət düşən kimi əlindən gələn pisliyi etməsi hansı məntiqə sığır? Bəs deyilmi belə hallara göz yumduğumuz? Məncə Təhsil nazirliyi və Texniki Universitet rəhbərliyi də baş verənlərə qəti münasibət açıqlamalıdır. Ən azından bütün bunlarda onların da mənəvi və hüquqi məsuliyyəti vardır. Hansı haqla qəlbində xalqımıza nifrət hissi bəsləyən, 44 gün ərzində məğlub olaraq haqlı cəzasına çatan qohumlarının ədavətini aparan birisi balalarımızın gələcəyinə balta çalmalıdır? Bəs olmadımı bu qədər unutqan, soyuqqanlı olduğumuz ? İndi söz sizindir, cənab yetkililər. Bizsə məsələni diqqətdə saxlamaqda davam edəcəyik ! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |