Əsas Səhifə > Cəmiyyət, Manşet > Ucarın icra başçısının Zərdab İŞLƏKLƏRİ...
Ucarın icra başçısının Zərdab İŞLƏKLƏRİ...10-02-2022, 11:09 |
Vətəndaş Ucar RİH-nin başçısı Mənsur Məmmədovun etdiyi qanunsuzluğa görə, Ölkə Prezidentinə müraciət etdi. DİA.AZ Qanunla.Az-a istinadən xəbər verir ki, Zərdab rayon Məlikli kənd sakini Hüseynov Qəzənfər Dayı oğlu 2005-ci ildə Zərdab rayonunda İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş,hal-hazırda Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdan Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb. Redaksiyamıza təqdim olunan məktubu sizlərə təqdim edirik: Azərbaycan Respublikası Prezidenti çox hörmətli cənab İlham Əliyevə… Çox hörmətli cənab Prezident! Bu ərizəmlə yazıb Sizdən xahiş edirəm ki, Mənsur Məmmədov 2005-ci ilin sentyabr ayında Zərdab rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən məndən taxıl əkmək üçün 10 (on) ton buğda toxumu alıb. Həmin toxumu məndən Zərdab rayon İcra Hakimiyyətinin başçısının müavini cənab Tofiq Abdullayev və Zərdab rayon torpaq şöbəsinin müdiri cənab Abdul Orucov, Zərdab SSİ-yə məxsus avtomobillə aparmışlar. Həmin buğda toxumunun qiyməti 2000 azn (iki min) edirdi. Mən həmin 2000 azn-i (iki min) dəfələrlə Tofiq Abdullayev və Abdul Orucovdan istəmişəm. Onlar mənə cavab verirdi ki, həmin 2000 azn (iki min) sənə cənab başçı Mənsur müəllim verəcək və ən nəhayət, cənab Mənsur müəllim Göyçay rayonuna başçı təyin edilən zaman mənə 12.12.2007-ci ildə özünün sərəncamı ilə həmin 2000 azn-in (iki min) əvəzinə Gümüşlü adlanan sahədən 85 ha (səksən beş) icarəyə torpaq verdi. Lakin həmin torpaq sahəsi uzun müddət mənə tanıdılmadı. Abdul Orucovla Zərdab rayon torpaq şöbəsində işləyən Mehman İsmayılov məndən əlavə olaraq 1000 azn (min) pul aldılar ki, sənə kadastr verəcəyik və ondan sonra həmin torpaq sahəsi sənə tanıdacağıq. Sən demə bunlar məni aldadırmışlar. Torpaq komitəsi ləğv edildi, əmlak komitəsi gəldi. Mən dəfələrlə aidiyyatı orqanlara məktubla müraciət etdim. Heç bir nəticəsi olmadı. Mən 2017-ci ilin dekabr ayında, 2019-cu ilin aprel, iyul aylarında cənab sədr Kərəm Həsənovun, 2019-cu ilin iyul ayında sədr müavini Rafiq Cəlilovun, sədr müavini F.Şahbazovun qəbulunda ola zamandan sonra həmin başı bəlalı icarə torpaq sahəsi tapılaraq yeri müəyyən edildi. Məlum oldu ki, həmin icarə torpaq sahəsi Zərdab rayonu Alıcanlı kənd ərazisinə bitişikdir və Alıcanlı kənd sakinləri tərəfindən zəbt edilərək evlər tikilmiş, əsaslı və yardımçı binalar inşa edilmişdir. Dəfələrlə Zərdab rayon İcra Hakimiyyətinin sabiq başçısı cənab Lütvəli Babayevə müraciət etmişəm, lakin o mənə cavab verirdi ki, sənə icarə torpaq sahəsini sabiq başçı Mənsur müəllim verib, get həmin torpaq sahəsini ondan al, bizlik deyil. Çox hörmətli cənab Prezident! Odur ki, Sizdən xahiş edirəm ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Ucar rayon Əmlak İdarəsinin işçisi Mehman İsmayılov mənə çatası 3000 azn-in (üç min) və çəkdiyim digər xərcləri hesablayıb, cəmi 5000 azn-in (beş min) mənə vermələrinə yaxından köməklik göstərəsiniz. Öncədən Sizə öz təşəkkürümü bildirirəm. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |