Əsas Səhifə > Cəmiyyət, Manşet > İcra başçıları vətəndaş qəbulundan HƏLƏ DƏ YAYINIRLAR...

İcra başçıları vətəndaş qəbulundan HƏLƏ DƏ YAYINIRLAR...


10-03-2022, 13:10
İcra başçıları vətəndaş qəbulundan HƏLƏ DƏ YAYINIRLAR...
DİA.AZ: - Keçən günlərdə məlum oldu ki, Prezident İlham Əliyev yerli şəhər və rayon icra hakimiyyəti başçılarına xüsusi göstəriş verib. Məlumata görə, ölkə başçısı yerli icra hakimiyyəti orqanlarının başçılarına vətəndaşların davamlı şəkildə qəbulunu həyata keçirməyi tapşırıb. Qeyd edək ki, bunun ardından da bütün ölkə üzrə pandemiyanın şərtləri yumşaldıldı və nazirlərə belə vətəndaşların ayağına getmələri üçün "yuxarıdan" tapşırıqlar verildi.

Qeyd edək ki, Covid 19 pandemiyası yayılandan bu günə qədər icra hakimiyyəti orqanlarında vətəndaş qəbulları ya dayandırılmışdı ya da onlayn şəkildə həyata keçirilirdi.
Lakin ölkə başçısı bir neçə gün əvvəl bu qaydanı dəyişib.
Artıq bundan sonra icra başçıları vətəndaşlarla üz-üzə onların problemlərini dinləyəcək.
Məlumata görə, artıq prezidentin bu qərarına əməl olunub. Belə ki, bir neçə rayonda icra başçıları ilə sakinlərin birbaşa ünsiyyəti təşkil olunub.

Amma vəziyyət heç də bütün rayonlarda belə deyil. Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, hələ də verilən tapşırığı qulaqardlına vuranlar var.

Araşdırmalarımız da təsdiqləyir ki, aradan bir neçə günün keçməsinə baxmayaraq elə icra başçıları var ki, vətəndaşlarla görüşdən yayınaraq, qəbul və sakinlərlə görüşlərini gələn həftəyə qədər ertələyiblər. Bu halların aşağıdakı rayonlarda cərəyan etdiyi bildirilir:

1. Lənkəran;
2. Ağsu;
3. Astara;
4. Qusar;
5. Samux;
6. Ağdaş;
7. İmişli;
8. Yardımlı;
9. Ağcabədi;
10. Masallı və

daha bir neçə rayonda icra başçılarının hələ də vətəndaşlarla görüşlərə maraqlı olmadığı bildirilir.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt