Əsas Səhifə > Cəmiyyət, Manşet > TƏBİB niyə yaramıza MƏLHƏM OLA BİLMİR...

TƏBİB niyə yaramıza MƏLHƏM OLA BİLMİR...


12-04-2022, 09:21
TƏBİB niyə yaramıza MƏLHƏM OLA BİLMİR...
Artıq ölkə vətəndaşlarının sağlamlığının keşiyində durmalı olan bu qurumun uğursuzluqlarının başında İcbari Tibbi Sğorta Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin dayanması da şübhə doğurmur. Tibbə aid olmayan bu şəxslərin səhiyyəyə dair iş başına gətirilməsi, TƏBİB rəhbərliyinin ölkə vətəndaşlarının sağlamlığı ilə mübarizədə üz-gözünə bulaşdırması, tibbi sğortanın tətbiqində hərc-mərcliyin hökm sürməsi miqyasa sığmayacaq narazılıqlarla yekunlaşıb. Artıq həkimlərin özləri də narazılıq edir, ölkə saytları TƏBİB-dən olunan şikayətləri yazıb çatdıra da bilmirlər.

Məsələn, Sabirabad rayonu Polad Tuğay kənd sakini Hüseynov İntizam Saday oğlu yazır ki, mart ayının əvvəli və sonrakı günlərdə bağırsağından qan gəlib.Tədricən qanaxma çoxalıb. Halı pisləşən xəstə Şirvan şəhər Mərkəzi Xəstəxanası "Publik Hüquqi Şəxs"in göndərişi əsasında tibbi əməliyyat üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təyinat alıb. Xəstə dərhal Respublika Klinik Xəstəxanasına çatdırılsa da, xəstəxana İntizam Hüseynovu əməliyat etməyib. "Bizlik deyilsən, 5 saylı şəhər Klinik Xəstəxanasına müraciət et," - deyərək onu başlarından ediblər. 5 saylı şəhər Klinik Xəstəxanasında isə ağır vəziyyətdə olan İntizam Hüseynovun yaxınlarına bildirilib ki, onu əməliyata almaq üçün aprel ayının 5-6-na kimi gözləməlidirlər, yazırıq növbəyə.

"Yaşlı adamdır, xəstənin qan axması var, onu təcili əməliyyat etmək lazımdır, 15 gün gözləyə bilmərik, qanaxması olan xəstə nə vaxtdan növbəyə yazılıb," təkidlərinə isə əhmiyyət verən olmayıb. Xəstə məcburiyyətdən bir neçə gün sonra borc-xərc edərək, digər xəstəxanaya üz tutmaq məcburiyyətində qalıb.

Göründüyü kimi, gün ərzində xəstəxanalara müraciət edən 100-lə xəstələrə qarşı edilən belə davranış hallarına rast gəlinir. İstənilən xəstəxananın qarşısından ötməyib, 5 dəqiqə müşahidə etməklə belə halları görmək mümkündür.

Gəlinən qənaət isə odur ki, İcbari Tibbi Sğorta Agentliyi də, TƏBİB də üz -gözünə bulaşdırıb. Olunan şikayətlərin sayı hesabı yoxdur.

FAKTİNFO.AZ

Geri qayıt