Əsas Səhifə > Cəmiyyət, Manşet > "Dəfələrlə icra hakimiyyətinə müraciət etsəm də..."

"Dəfələrlə icra hakimiyyətinə müraciət etsəm də..."


6-05-2022, 12:38
"Dəfələrlə icra hakimiyyətinə müraciət etsəm də..."
DİA.AZ: - "Deməli, mən 20 ildən artıqdır heyvandarlıqla məşğulam. Dövlətdən icarəyə 40 hektar torpaq götürmüşəm. Hazırda təsərrüfatımda 300 baş qoyun-keçi var". DİA.AZ bildirir ki, bu barədə Füzuli sakini Mirmehdi Rəsul sosial şəbəkələrdəki paylaşımında qeyd edir.

"Dəfələrlə icra hakimiyyətinə müraciət etsəm də..."

Daha sonra narazı vətəndaş yazır: "Otlaq ərazim 4 tərəfdən digər sahibkar torpaqları ilə əhatə oıunub. Su mənbələrinə çıxışım yoxdur. Suyu günlük 50 manat xərclə traktorla gətirdirəm.

Dəfələrlə rayon icra hakimiyyətinə, Kənd Təsərrüfatı nazirliyinə müraciət etmişəm ki, mənim təsərrüfatıma artezian quyusunun vurulmasına köməklik etsinlər... Ancaq heç bir faydası olmayıb.

Bu təsərrüfat ailə təsərrüfatıdır. Burada mənim ailəmdən başqa daha iki ailə evinə çörək aparır.

Buradan ölkə rəhbərliyindən xahiş edirəm ki, mənə köməklik etsinlər".

Geri qayıt