Əsas Səhifə > Cəmiyyət, Manşet > Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır


21-05-2022, 14:28
Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır
Ölümü özünə sevdir, gec-tez bir gün gələcək. Və budur, ölüm gəlir və sən bütün sıxıntılarını, problemlərini unudursan. Ancaq, deyəsən bizim ölülərimizin sıxıntıları qəbistanlığa qoyulduqdan sonra başlayır. Bəzi dırnaqarası qurumlar məhz o qəbirstanlıqda şəkillərdən səssiz baxan ölülərə arxayın olub qayda-qanunu unudur, "əşi ölüdür də, nə ağzı var, nə dili"- deyib, qulağının sakit təpərinə necə özlərini öyrəşdiriblərsə, Allahın xofunu da yaddan çıxardıblar. Ya da ən yüngül formada belə deyək, çətini ölü yiyəsi ölüsünü torpağa tapşırıb gedənə qədərdir. Təsəvvür edin, ölü yiyəsi kimi qaydalara arxayınsan. Ölünü mənəvi Allaha, fiziki el dilində qəbirstanlıq müdiri deyilən şəxsə tapşırıb, evinə yollanıb,vicdan rahatlığı tapırsan ki, "ölümü urvatlı dəfn eləmişəm".

Amma, yox. "DogruXeber.az" bildirir ki, Lənkəranın Sütəmurdov kəndində ölü sakinlərinin urvatsızlığı birbaşa qəbirstanlıqdan başlayır. Rahat olun, biz sizə nə qəbir daşlarını oğurlayan oğrulardan danışacağıq, nə də nağıldakı gecənin bir vaxtı "ölülərimizin nəşini parçalayan" xortdandan. Danışdıqlarımız ikisindən də təhlükəli və bir o qədər də vicdana sığmayan, dinə-imana belə yaraşmayan xoşagəlməz vəziyyətdir. Dindən söz düşmüşkən, birazdan danışacaqlarımızın sorağı dini qurumlarda oturanlara çoxdan çatıb. Bu yerdə yaxşı cihad eləmək adamın könlündən keçir, sonra yadına düşür ki, vicdana beş barmağını möhürləsən, əslində sənə cihad da lazım deyil. Sizləri çox intizarda saxlamayıb, hər şeyi açıb-ağartmaq istəyirik. Ağsaqqallar demişkən, məsələ belədir.

Bələdiyyənin az qala puldan-pula xatırlayıb, bəlkə də aylardı ayağı dəyməyən qəbirstanlığa belə başa düşdük ki, mal-qara tez-tez "baş çəkir".
"Baş çəkir" deyəndə ki, otu ordan, suyu ordan. Nə az, nə çox - üç ildir ölülər mal-qaraya, mal-qara ölülərə baxıb, səssiz danışıqlarla bir-birilərinə dəyib dolaşmırlar. Daha doğrusu, mal-qala hörmətsizlik edir, kənd sakinlərini qıcıqlandırır. Kənd sakinləri də başqa kəndlərdən, rayonlardan ayıbdı, "vur-tut bir qəbirstanlığınız var, onada yiyə dura bilmirsiz" tənəsini eşitməmək üçün əl birliyiylə üstüörtülü biabırçılığı şikayət formasında dini qurumlara çatdırıblar. Dini qurumlarda oturanlar gördülər ki, bu məsələni birbaşa həll edən Rayon İcra Hakimiyyətidir, düşündülər ki, diriykən fərqli mərtəbələrdə ola bilərik, axırıncı mənzildə bərabərik, səssicə bir əncam çəkmək çətin olmaz.

İnsafən, İcra Başçısı kənd sakinlərini də, dindarları da sakitcə dinləyib, dərdinizə "çarə qılmaq çətin deyil" deyib, xoşluqla, xoş ümidlərlə şikayətçiləri yola verib. Deyəsən, icra başçısı "susmaq qızıldır" prinsipinə əsaslanıb verdiyi ümidi dəyərsizləşdirib ki, şikayətçilər son ümid olaraq, "DogruXeber.az"ın qapınısı döydülər. Bizdə sual veririk ki, çarəsizlikdən hamı bir-birinə baxır, bəs bələdiyyə hara baxır? Camaat çoxdan bu sualı verib, o həddə çatıb ki, daha cavab özlərinə də maraqlı gəlmir.

İndi fikir veririk və belə başa düşmüşük ki, ölünün verdiyi ruzi dirinin verdiyi ruzidən bərəkətlidir. Pulsuz ölməyə bir qarış torpaq tapmadığın bir dövrdə, inəyin, keçinin yediyi yaşıllıq havayıdır. İndi gəl sən bu kadra bax, eşit, saf-saf inan da...



İnanmaq olmur. Gedib qapını döysək, ölmək üçün bir qarış torpaq istəsək, pusquda dayanan pişik kimi cibimizdəki puldan xəbər alacaqlar. Qəlbimizi yersiz şübhələrlə qaraltmaq istəmirik, "bu yorğan o yorğanın davasından deyil" deyib keçirikəsas suala. Necə deyərlər sualı versək də olmur, verməsək də. Az qala mal-qaranın da doğmalaşdığı qəbirstanlığa gözünü yuman İcra Başçısı, Bələdiyyə Sədri öz ölülərini harda dəfn edir? Axı, bu kəndin bir qəbirstanlığı var.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt