Əsas Səhifə > Cəmiyyət, Manşet > Qobustanda başçının müavini İŞÇİ HAQQI YEYİR...
Qobustanda başçının müavini İŞÇİ HAQQI YEYİR...25-05-2022, 10:40 |
DİA.AZ zirveyolu.info-ya istinadla xəbər verir ki, iş tapmaq üçün çətinliklər çəkən, həmçinin işlə təmin olunmasına baxmayaraq gördüyü işin tam zəhmət haqqısını ala bilməyən şəxslərdən biri də Qobustan rayon Bədəlli kənd sakini Canatov Natiq Şakərəm oğludur ki, o, redaksiyamıza məhz bu məqsədlə şikayət ərizəsi ilə müraciət etmişdir. İndi isə Canatov Natiq Şakərəm oğlunun başına gələnləri daha ətraflı öz şikayət ərizəsində qeyd etdiyi kimi təqdim edirik: "Mən Qobustan rayon Bədəlli kənd sakini Canatov Natiq Şakərəm oğlu yazıb bildirmək istəyirəm ki, 2015-ci ildə mən Qobustan rayon İcra Hakimiyyətinin müavini Məharət Əkbərovun qəbulunda oldum və mənə Qobustan rayonunda yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Parkın təmirini etmək üçün iş təklif olundu və mən də sevə-sevə işi üzərimə götürdüm. İş çox olduğu üçün yoldaşlarla bərabər işi tamamladıq. Əlavə olaraq rayonda 100 yerlik uşaq bağçasının fasad təmirini də etdim. 2015-ci ildən indiyə qədər rəhbər şəxslərin qəbulunda olsam da hələ də mənə çatmalı olan zəhmət haqqımın 5200 (beş min iki yüz) manatı verilməmişdir. Qobustan rayon İcra Hakimiyyətinin müavini Məharət Əkbərovun qəbulunda olsam da əziyyət haqqımı almaq yerinə, əvəzində hədə-qorxu cavabları aldım. Xahiş edirəm mənim bu müraciətim işıqlandırılısın ki, mən öz əlimin zəhmətini, halal pulumu ala bilim. Çünki borclar, banklar məni rahat buraxmırlar". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |