Əsas Səhifə > Cəmiyyət, Manşet > Gəncə təhsilində QIZIL AYPARA PROBLEMİ...
Gəncə təhsilində QIZIL AYPARA PROBLEMİ...3-06-2022, 10:59 |
Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Gəncə şəhər bölməsinin rəisi İsmayıl Əsədov haqqında ötən yazımızda açıqlama vermişdik. Qeyd etmişdik ki, adı çəkilən şəxs Gəncə Şəhər Təhsil İdarəsinin rəhbər şəxsləri ilə əlbir olaraq maliyyə pozuntusu ediblər. Belə ki, Gəncə Şəhər Təhsil İdarəsinə məxsus məktəblərdən, məzuniyyət vaxtı müəllimlərdən 2 manat, bəzi hallarda 2 % faiz pul tutulmaları haqqında əsaslı şübhələr mövcuddur. Yazıda adı çəkilən şəxslərin məktəblərdən müəllimlərin ərizəsi olmadan, rəsmləşmədən, onların əmək haqqından məzuniyyət vaxtı pul tutmasının səbəbi odur ki, məzuniyyət vaxtı pulun məbləği yüksək olduğundan, müəllimlərim narazılığına səbəb olmasın və belə pulların mənimsənilməsinə asanlıqla nail olsunlar. Qanunsuz pul tutulmaları artıq bir neçə ildir davam edir. Aidiyyəti orqanlar araşdırma aparsa, o zaman aydın olar ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda pulların mənimsənilməsi faktı təsdiqini tapar. Əldə etdiyimiz digər məlumatlara görə, Gəncə Şəhər Təhsil İdarəsinə məxsus məktəblərdən Gəncə “Qızıl Aypara” Cəmiyyətinə hal-hazırda adambaşına hər ay bir manat əsassız pul tutulmaları olur. Bu korrupsiya vaktı deyilsə, bəs nədir? Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Baş Prokurorluq araşdırma aparsa, onda aydın olar ki, maliyyə vəsaiti necə mənimsənilib... Hurriyyet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |