Əsas Səhifə > Cəmiyyət, Manşet > Maska qadağası götürülüb: Amma BƏRDƏDƏ QARA MASKAYA EHTİYAC VAR...

Maska qadağası götürülüb: Amma BƏRDƏDƏ QARA MASKAYA EHTİYAC VAR...


7-06-2022, 11:24
Maska qadağası götürülüb: Amma BƏRDƏDƏ QARA MASKAYA EHTİYAC VAR...
DİA.AZ: - Son günlər antikorrupsiya həbslərinin yeni vüsət alması ölkə gündəmini məşğul edən əsas mövzulardan biri, bəlkə də birincisidir. Son olaraq Şəmkirdə həyata keçirilən həbslərin ardından ruhlanan sıravi vətəndaşlar yenidən canlarını boğaza yığan məmurların həbsi üçün "qara maskalılara" DƏVƏT YOLLAMAQDADIRLAR...

DİA.AZ xəbər verir ki, onların sırasında xüsusi fəallığı ilə seçilənlər maləsəf Bərdə sakinləridir... Ona görə, maləsəf ki, bu rayonda artıq problemlər elə bir həddə qədər yetişib ki, çarəsi yalnız QARA MASKALILARDA, yəni radikal müdaxilədədir.

DİA.AZ-ın media üzərindən apardığı araşdırmalar, sosial şəbəkələrdə yazılanlar, gələn şikayət məktublar, video müraciətlər belə deməyə əsas verir ki, analoji vəziyyət Bərdə rayonunda da uzun müddətdir hökm sürür.

Bərdənin icra başçısı Vidadi İsayevin iş kabinetində elə hadisələr, elə həngamələr cərəyan edir ki, həbs edilən sabiq həmkarları onun yanında “toya getməlidir”.
O baxımdan hüquq-mühafizə orqanlarının yüngülvari təftişi və araşdırması kifayət edir ki, V.İsayevin bütün qanunsuz hərəkətləri, rayonda sahibkarların, şəhid ailələrinin, məcburi köçkünlərin, kiçik rütbəli məmurların, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin başına açdığı müsibətlərin üstü açılsın.

Onun əlindən zar-zar ağlayan icra nümayəndələri, toruna düşən məmurlar İH rəhbərinin qeyri-rəsmi əmrlərindən cana doyublar.

Bu mənada xeyli vaxtdır mətbuatda V.İsayevin özbaşınalıqları haqda sayız-hesabsız faktlar tirajlanmasına baxmayaraq, “qara maskalı oğlan” Bərdəyə gəlib çıxmır.
Halbuki, sosial şəbəkədə bərdəlilərin yazdıqlarından belə aydın olur ki, onlar da “qara maskalı oğlanın” öz rayonlarına tezliklə gəlməsini səbirsizliklə gözləyirlər.

Bəs, sual yaranır ki, axı Bərdədə və İH-də nələr belə vaqeə olur ki, insanlar V.İsayevin yola salınmasını intizarla arzulayırlar?

Bu barədə növbəti araşdırma-materialımızda. Bizi izləməkdə davam edin.

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt