Əsas Səhifə > Cəmiyyət, Manşet > "Bu məktəbdə uşaqlar pulla satılır..."

"Bu məktəbdə uşaqlar pulla satılır..."


9-06-2022, 15:18
"Bu məktəbdə uşaqlar pulla satılır..."
Binqədi rayon sakini Xəyalə Abdullayeva redaksiyamıza müraciət edərək işlədiyi 3 nömrəli Xüsusi Təhsil məktəbinin direktoru Nüşabə Məmmdovadan şikayətçi olduğunu bildirir. Şikayətçi müəllim deyir ki, direktor evdə təhsil üçün hər uşağa onlardan pul alır. Xəyalı Abdullayeva onu da qeyd edir ki, sözügedən məktəbin direktoru bir neçə ildən sonra ona verilmiş uşaqları başqa müəllimə pul müqabilində verir. Bu azmış kimi valideynlər də bilərəkdən öyrədilərək, müəllimə qarşı qaıdırılır:

"On beş ildir ki, Nizami rayonunda yerləşən 3 nömrəli Xüsusi Təhsil məktəbində çalışıram. İşlədiyim gündən bəri bu məktəbdə uşaqlar pulla satılır. Bir uşaq 600 manata verilir. Mənə verilən 3 uşağın hərəsi üçün 600 manat pul vermişəm. Ancaq məktəbin direktoru bütün bunlarla kifayətlənmir. Bizə satdığı uşağı, özünə uşaq lazım dolanda və başqa müəllimə verilməsi üçün bizim adımızdan çıxarıb başqasının adına keçirdir. Yəni bir uşağı 2 nəfərə satır. Bunu etmək üçün əvvəldən valideynlər öyərdilir. Valideynlərə tapşırıq verilir ki, müəllimi hərəkətləri ilə bezdirsin və müəllim də uşaqdan imtina etsin. Yəni müəllimi qapıda qoysun, telefonu açmasın, sonra da desin ki, müəllim gəlmir. Müəllim bezib imtina etmədik də isə valideyni çağırıb şikayət ərizəsi yazdırır. Müəllimi danışdırmadan, məsələni araşdırmadan və cavab ərizəsi almadan uşağı onun adından çıxardıb, özünə lazım olan müəllimə verir. Müəllimə buna dözməyib, haqqını tələb etdikdə və pulunu geri istədikdə isə onu borclu çıxarmağa çalışırlar. Hətta müəllimənin o biri valideynləri də öyrədilir və müəllimədən şikayət etmək tələb edilir. Ya ələ almaq, ya da qorxuzmaq yolu ilə hədə-qorxu gəlirlər".

Şikayətçi Xəyalə Abdullayeva əldə olan faktlarla bağlı aidiyyatı orqanlara müraciət edib. Lakin heç bir nəticəsi olmayıb. Məsələ ictimailəşəndən sonra direktora şiddətli töhmət verilir. Bundan hiddətlənən direktor isə ondan haqlı şikayətçi olan Xəyalə Abdullayevaya da haqsız olaraq şiddətli töhmət verir:

"Mən bütün bunlara dözməyib, işlə bağlı polisə və məhkəməyə müraciət etdim. Ancaq nə polis, nə də məhkməyə bu işə baxmadı. Yalnız direktorun məni təhqir etməsi işinə baxacaqlarını bildirdilər. Ancaq polis bu işə də baxmadı. İş məhkməyə gedəndən sonra təhqirlə bağlı polisdən mənə zəng gəldi. Artıq 15 gün keçmişdi. Polisə bildirdim ki, bu cür işə baxmaq mənə lazım deyil. Məhkəmədə direktorla bağlı iddiamı qəbul etmədi. Bakı şəhər təhsil idarəsinə bildirdim. İzahat götürüldü, sonra işə baxılmadı. Sosial şəbəkəyə veriləndən sonra Bakı Şəhər Təhsil İdarəsindən qərar gəldi. Direktora şiddətli töhmət, müəllimi də cəzalandırmaq üçün də direktora əmr verildi. Burdan belə çıxır ki, onlar bir-biri ilə əlaqəli iş görürürlər. Hazırda direktorun sifarişi ilə mənə də əsassız olaraq töhmət verilib. Belə çıxır ki, əziyyət çəkən, təhqir olunan, pulu əlindən alınan müəllim haqqını tələb etdiyinə görə şiddətli töhmət alır. Hazırda direktor mənim ixtiyarımda olan iki valideyni də öyrədir ki, gəlib şikayət etsinlər. Hazırda əlimdə səs yazılar var. Mənə verdiklər şiddətli töhmət sənədini ay yarımdan sonra veriblər. 14.04.2022-də qəbul edilib. Mənə isə 03.06.2022 tarixndə verib qol çəkdiriblər. Mən bildirəndəki tarix qoymaq istəyirəm, buna icazə vermədilər".

PS. Görünür ki, 3 nömrəli Xüsusi Təhsil məktəbinin direktoru Nüşabə Məmmdova vəzifə səlahiyyətlərini aşaraq, dövlətin məktəbini özünün biznesinə çevirib. Nüşabə Heydərova müəllimlərlə öz qulu kimi davranır və əqli qüsurlu şagirdlərin üzərindən pul qazanır. Onun əqli qüsurlu şagirdlərdən bu formada istifadə etməsi və əşya kimi satması insan hüquqlarına ziddir. Dövlətin himayəsində olan uşaqların satılması yolverilməzdir! Ümid edirik ki, hər zaman qüsurlu uşaqlara daim xüsusi diqqət göstərən cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, eləcə də digər səlahiyyətli strukturlar təhsilimizə ləkə olan Nüşabə Heydərovanın cəzalandırılması istiqamətində xüsusi göstərişlər verəcəklər və ədalət bərpa olunacaq.
//hurriyyet.az//
Geri qayıt