Əsas Səhifə > Cəmiyyət, Manşet > Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şirkətləri də öz ciblərini güdür…

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şirkətləri də öz ciblərini güdür…


28-06-2022, 10:26
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şirkətləri də öz ciblərini güdür…
2020-ci ilin payızında baş vermiş Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın 11 şəhər və rayonunun ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Ziyan dəymiş tikililərin tikintisi və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

Cəbhə xəttindən uzaqda yerləşən Beyləqan şəhərində raket atəşinə tutulması nəticəsində 9 ev dağılıb, 50-dən çox tikiliyə zərər dəyib. Artıq əksər yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşıb. Ala-yarımçıq qalanlar da “işi yekunlaşmış” kimi göstərilib.

Ermənistan silahlı birləşmələrinin Beyləqan rayonunda dinc əhalini atəşə tutması nəticəsində evi dağılan sakinlərdən biri Raul Sevdiyar oğlu Məmmədovdur. Onun Beyləqan şəhərindəki evi düşmənin raket hücumu zamanı tamamilə dağılmışdı. Hadisədən sonra müvafiq komissiya tərəfindən evə baxış keçirildi və yeni beşotaqlı evin tikintisinə başlanıldı. Ev sahibi görülən işlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirsə də, işi keyfiyyətsiz və yarımçıq görən tikinti şirkətindən narazıdır. Deyir ki, təzə evin hasarını öz vəsaiti hesabına bərpa edib. Su, qaz, elektrik xətlərinin çəkilişi də onun öz üzərinə düşüb. Onun sözlərinə görə, dəfələrlə tikinti şirkətinin rəhbəri Nazim Hümbətovla dəfələrlə tetefon əlaqəsi saxlayıb. İlk əvvəl ona narahatçılığa səbəb olan işlərin aradan qaldırılması vəd edilsə də, sonradan ona “get, hara istəyirsən şikayət et” cavabı verilib. Şikayətçi bildirir ki, təmir-tikinti – bərpa işlərini həyata keçirən şirkətlər fəaliyyətlərində şəffaflığı, ictimai hesabatlılığı təmin etmirlər, hətta tikib təhvil verəcəkləri evin sahibi olacaq şəxsin özünü belə inşaat meydanına yaxın buraxmırlar ki, prosesi müşahidə etsin. Belə yəqin etmək olar ki, nə qədər və hansı keyfiyyətdə iş gördüklərini gizlədirlər. Təbii ki, normadan çox material sərf edib, tələb olunan standartdan artıq keyfiyyətdə səmərəli iş görsəydilər, gizlətməzdilər.

Əldə etdiyimiz məlumata görə, dövlət savaş dönəmində evi yıxılmış vətəndaşlara standart fərdi evin tikintisinə orta hesabla 84,0 min manat pul ayırır. Lakin, tikinti şirkətləri həmin vəsaitin hamısını sənədlə silsələr də, de-fakto yalnız 30,0 – 40,0 min manatını təyinatı üzrə xərcləyirlər. Şirkət rəhbərlərindən təlimat alan iş icraçıları vəsaiti təyinatından yayındırıb mənimsəmək üçün hər vasitəyə əl atır, vətəndaşları aldadırlar ki, rəngləmə-suvaq işlərinin xərcini özünüz çəksəniz, sonradan dövlət həmin xərci qarşılayacaq.

Oxucularımızla irəliləyən görüşlərimizdə həmin şirkətlərin kimlər tərəfindən idarəı olunduğu və hansı yüksək vəzifəli şəxslərin himayəsi ilə tenderləri udduqları barədə müfəssəl məlumat verəcəyik.
//RealMedia-az.life//


Geri qayıt