Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azneft" rəhbərliyi Qarabağ Qazisini İŞSİZ QOYUB
"Azneft" rəhbərliyi Qarabağ Qazisini İŞSİZ QOYUB18-07-2022, 08:28 |
DİA.AZ: - "Bir ildən artıqdır ki, "Azneft" rəhbərliyi məni dolayısı yolla ışdən uzaqlaşdırıb". DİA.AZ bildirir ki, bu barədə Bəşirov Qalib Məhəmməd oğlu şikayətində qeyd edir. Daha sonra narazı vətəndaş yazır: "Yəni əslində işdən bu şəkildə çıxarıblar: Boş dayamaya buraxıblar... 27 ildir ki, dənizdə çilingər işləyirdim. Özüm Qarabağ veteranıyam. Ailədə bir mən işləyirdim. 2 azyaşlı övladım var. Ailə vəziyyətim olduqca çətin durumdadır. Cənab Prezidentin qərarına baxmayaraq məni ışdən boş dayamaya buraxıblar. Xahiş edirəm, mənim işimlə maraqlanasınız. Öncədən təşəkkür edirəm". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |