Əsas Səhifə > Cəmiyyət, Manşet > Başçının işdən qovulan müavini haqda ŞOK İDDİALAR...
Başçının işdən qovulan müavini haqda ŞOK İDDİALAR...22-07-2022, 11:15 |
Bir həftədir məktəbli qızı döyməsi faktına görə müzakirə edilən Lənkəranın icra başçısının keçmiş xanım müavini Rəsilə Əliyeva haqda heç yerdə yayımlanmayan özəl məlumatlar əldə etmişik. Baş Prokurorluğun cinayət işi açdığı R. Əliyevanın İH-də vəzifə yüksəlişi, 4 saylı orta məktəbin həmin hadisəyə görə vəzifəsindən azad edilmiş direktoru Yeganə Əsgərova ilə bağlılığı haqda maraqlı tarixçə varmış. TİA.Az-ın əldə etdiyi xəbərə görə, R. Əliyeva ilə Y. Əsgərova arasında əlaqələr təsadüfi olmayıb. Belə ki, sabiq başçı müavini elə sözügedən 4 saylı məktəbdə təhsil alıb. Sonra elə həmin təhsil ocağında da müəllimə işləyib. R.Əliyevanın bu zaman direktor Y. Əsgərova ilə sıx əlaqələri yaranıb. Ancaq bununla yanaşı, Lənkərandan gələn xəbərlərə görə, R. Əliyeva məktəbdə işlədiyi dövrdə həm də qızıl alveri ilə məşğul olub. Bu da ona böyük imkanlar qazandırıb. Eyni zamanda, R.Əliyeva Y. Əsgərova ilə münasibətləri daha da sıxlaşdırır. Ona görə indiyə qədər onların iş birliyi davam etmişdi. Odur ki, məktəb direktoru Əsgərova sonradan onun təsiri altına düşür, bütün əmrlərinə müntəzir olmağa məcbur qalır. Hətta bir sözünü iki edə bilmirmiş. R.Əliyevanın qızı da həmin məktəbdə təhsil aldığı bu müddət ərzində “at oynadır”, məmur anasına güvənərək heç kimi saymırmış, direktor Əsgərova da ona “gözün üstə qaşın var” deyə bilməyib. TİA.Az bildirir ki, beləliklə, qızıl ticarəti ilə məşğul ola-ola sonrakı illərdə işləri rəvan gedən R.Əliyeva vəzifə pillələrində qalxmağa başlayır. Rəhbər kluarlara yolu açılan qızıl ticarətçisi – müəllimə müavinlik postuna yüksəlir. İddialara görə, elə bu vəzifədə etimad qazanmış R. Əliyevanın adına Lənkəranda otel-restoran açılır. Deyilənə görə, “Dəniz” oteli R.Əliyevanın adına çıxarılır. Son xəbərlərə görə, bu biznes rentabelli olmadığı üçün artıq başqa iş adamına satılıb. Geri qayıt |