Əsas Səhifə > Cəmiyyət, Manşet > "Vasif Talıbova teleqram vurdum, dedilər, ya şöbəyə gəl, ya da çox pis olacaq"

"Vasif Talıbova teleqram vurdum, dedilər, ya şöbəyə gəl, ya da çox pis olacaq"


19-08-2022, 12:00
"Vasif Talıbova teleqram vurdum, dedilər, ya şöbəyə gəl, ya da çox pis olacaq"
Şərur rayon sakini Kazım Qurbanov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova şikayət teleqramı göndərdikdən dərhal sonra polisə çağrılıb.
DİA.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” Kazım Qurbanovun özü məlumat verib məlumat verib.
Düdəngə kəndindən olan Kazım Qurbanov daha əvvəlki müraciətində əmlakının qanunsuz söküldüyünü iddia edirdi. Onun sözlərinə görə, 30 əvvəl tikilmiş, qanuni sənədləşdirilmiş evinin divarı və hasarının bir hissəsi məhkəmə qərarı olmadan sökülüb.
Şikayətçinin sözlərinə görə, Şərur rayon Polis Şöbəsində onu rəis və prokurorluq işçiləri bir saata yaxın dindiriblər:
“Üzləşdiyim qanunsuzluğun aradan qaldırılması xahişi ilə avqustun 15-də Vasif Talıbova teleqram vurdum. Üstündən bir saat keçməmiş, sahə müvəkkili zəng vurdu ki, izahat üçün polisə gəlməliyəm. Rəsmi çağırış tələb etsəm də, məhəl qoymadı. Dedi ki, ya şöbəyə gəlməliyəm, ya da mənim üçün çox pis olacaq. Məcbur qalıb polis şöbəsinə getdim. Ali Məclisə niyə teleqram vurduğumu soruşdular. Mənə dedilər ki, problemi içtimailəşdirməyim, mətbuata açıqlama verməyim nə mənim üçün, nə də Naxçıvan üçün yaxşıdır. Mən isə haqqımı tələb etdiyimi bildirdim, aramızda mübahisə yarandı. Sonda dedilər ki get, gəlib maraqlanacağıq. Mənimlə təhdidlə danışırdılar”.
Kazım Qurbanov qeyd edib ki, hüquqlarını Naxçıvanda bərpa edə bilməsə, Bakıda Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcək.

Geri qayıt