Əsas Səhifə > Cəmiyyət, Manşet > Camalov büdcədən oğurladıqlarını ölkədən BELƏ ÇIXARIR
Camalov büdcədən oğurladıqlarını ölkədən BELƏ ÇIXARIR22-08-2022, 11:26 |
DİA.AZ: - Keçmiş müdafiə sənayesi naziri, mərhum Yavər Camalovun oğlu Rəşad Camalov Moskvanın elit River House yaşayış kompleksində (Na Savvinskoy) ümumi dəyəri 550 milyon rubl (8 milyon dollara yaxın) 4 mənzil alıb. DİA.AZ bildirir ki, əslində bu alış-veriş bu ilin may ayına qədər baş tutub. Belə ki, Rəşad Camalov eyni zamanda"Şvedskiy tupik" 3 ünvanında dəyəri 400 milyon rubl olan lüks mənzilə, Veresaeva küçəsində 190 kv. metrlik mənzilə, "Semyonovsk" metrosu yaxınlığında 600 kv. metrlik obyektə və Novoçermuşinsk küçəsində 773 kv. metrlik "Pyateroçka" supermarketə sahibdir. Rəşad Camalov 2020-ci ildə Milli Məclisin deputatlığına namizədliyini vermişdi, lakin ikili vətəndaşlığı olduğu haqqında məlumat ortaya çıxınca MSK onun namizədliyini ləğv etmişdi. Mərhum nazirin oğlu Rusiya vətəndaşlığını təsbit edən pasportunu 2006-cı ildə Orexovo-Zuevo Daxili İşlər İdarəsindən alıb. Bildiyimə görə DTX-dakı vəzifəsindən də (Beynəlxalq Antiterror Mərkəzinin rəisi) azad edilib və işindən uzaqlaşdırılıb. Bundan 4 ay sonra isə Yavər Camalovun qudası, Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov vəzifəsindən kənarlaşdırılıb. Əmisi Mərdan Camalov hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. İndi isə gələk əsas mətləbə. DİA.AZ-a danışan mənbə bildirir ki, Rəşad Camalov eyni zamanda əmisi Mərdan Camalovun da dövlət büdcəsindən oğuradığı pulları TƏMİZƏ ÇIXRMAQLA məşğuldur. Bu barədə əldə etdiyimiz bilgilərdən belə aydın olur ki, Rəşad Camalov əmizinin 24 milyon manata yaxın vəsaitini Rusiyaya köçürməyə müvəffəq olub və başçının Azərbaycandan oğurladıqları şimalda biznesə yatırılıb. Bu barədə tutarlı araşdırma materialımız var. yaxın vaxtlarda təqdim edəcəyik... Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |