Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycan müəlimi nə günə qaldı: DƏHŞƏTLİ OLAY
Azərbaycan müəlimi nə günə qaldı: DƏHŞƏTLİ OLAY1-09-2022, 10:58 |
DİA.AZ: - Azərbaycan müəlliminin düşdüyü vəziyət barədə şok olayı "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli açıqlayır. DİA.AZ olaraq Aqil bəyin ürəkağrısı ilə diqqətə çatdırdığı olayı təqdim edirik: "Son bir neçə günü Naxçıvanda səfərdə oldum. İxtisasca müəllim olan tanışlarımdan biri ilə görüşüb söhbətləşdik. Danışdı ki, bir neçə il əvvəl yay məzuniyyətinə çıxdıqdan sonra, dörd müəllim yoldaşı ehtiyacımız ucbatından işləmək üçün İğdıra getdik. Fəhlə bazarı deyilən yerdə durub iş axtarırdıq. Bu, zaman biri bizə yaxınlaşdı ki, mənə dörd işçi lazımdır. Heç bir sual vermədən razılaşdıq. Gəldik bir kəndə. Məlum oldu ki, biz mal zibilindən qışda yandırmaq üçün yappa düzəltməliyik. Tanışlıq əsasında məlum oldu ki , iş sahibi təhsilsiz , biz isə Naxçıvanda müəllim işləyirik. Patron bizə tapşırıq verdikdən sonra, bildirdi ki, İstanbula gedib 20-gündən sonra dönəcək. Nə isə başladıq işləməyə. 25 gündən sonra iş sahibi döndü. Gördüyümüz işlərə baxdı və dedi: paranızı verməyəcəyəm ona görə ki, yappaların üzərinə naxış vurmamısınız. Adama izah etməyə çalışdıq ki, mal zibilinin üzərinə naxış vurmağa ehtiyac yoxdur. Onsuz da yandıracaqsınız. Uzun sürən mübahisədən sonra, pulunuzun yarsını ala bildik. Azərbaycan müəlliminin orda nə işi var idi ki, hərifi tanımayan birisi də bizi təhqir etsin..." Hər halda bu fakta görə bu gün Elm və Təhsil Naziri Emin Əmrullayev başda olmaqla bütün əlaqədar qurumlar utanmalıdır. Həqiqətən də... Azərbaycan müəllimi NƏDƏN EHTİYAC İÇİNDƏ OLMALIDIR Kİ, başına bu işlər də gəlsin... Geri qayıt |