Əsas Səhifə > Cəmiyyət, Manşet > Göyçayda TİKİNTİ ÖZBAŞINALIĞI...

Göyçayda TİKİNTİ ÖZBAŞINALIĞI...


5-09-2022, 08:47
Göyçayda TİKİNTİ ÖZBAŞINALIĞI...
DİA.AZ: - Göyçay rayonu Cəyirli kənd sakini Rəhimov Nazim Əhməd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətə deyilir:

"Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura Şöbəsinin müdiri İntiqam Süleymanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz tikintiyə icazə vermişdir. Hansı ki, Fövqəladə Hallar Nazirliyi bu tikintinin qanunsuz aparıldığını təsdiq edib.
Belə ki, Göyçay rayon sakini Aydın Nuriyev 59 ailənin evləri olan yaşayış massivində su arxının və böyük qaz borusunun üzərində böyük 2 mərtəbəli şadlıq sarayının inşa etdirir. Həmin tikilən 2 mərtəbəli şadlıq sarayı mənim evimə bitişik inşa edilir ki, buda bizim ailənin həyat və sağlamlığını ciddi təhlükə altında qoymuşdur.

Bu qanunsuzluq barədə mən Göyçay rayon icra hakimiyyətinə şikayət etmişəm. Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən İkram Vəliyev məni qəbul edib həmin tikintiyə icazə verilmədiyini bildirdi. Bundan sonra məlum oldu ki, tikintiyə qanunsuz icazəni Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura Şöbəsinin müdiri İntiqam Süleymanovun rəyi əsasında sabiq icra başçısı Mehdi Səlimzadə vermişdir. Onlar bu qanunsuzluğu rüşvət müqabilində ediblər. Fövqəladə Hallar Nazirliyinin Aran Regional İdarəsinin əməkdaşları yerdə olub baxış keçirib tikintinin qanunsuz olmasını bildirdilər. Həmçinin həmin vaxt məlum oldu ki, şadlıq sarayının inşasına Fövqəladə Hallar Nazirliyi icazə verməyib. Ancaq Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura Şöbəsinin müdiri İntiqam Süleymanovun qanunsuz rəyi əsasında sabiq icra başçısı vermişdir.Arxitektor İntiqam Süleymanov icazə verən zaman sakinlərin təhlükəsizliyi böyük su arxı və qaz borusu nəzərə alınmamışdır. Mənim evimdə 1-ci qrup əlil övladım var ki, orada olacaq şadlıq sarayı onun səhhətinə ciddi təsir edəcək, həmçinin evimə bitişik inşa edilən şadlıq sarayı həyat və sağlamlığımıza ciddi təhlükə yaradıb.Buna görə də təcili komissiya yaradılmalı bu işbaz Aydın Nuriyevin apardığı qanunsuz tikinti işləri obyektiv araşdırılıb qanunsuz tikinti işləri dərhal dayandırlmalı və Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura Şöbəsinin müdiri İntiqam Süleymanovun barəsində ciddi tədbirlər görülməlidir .

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Föqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovdan, Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi cənab Cəbrayıl Xanlarovdan xahiş edirəm şikayətimi yerində obyektiv araşdırıb Aydın Nuriyevin apardığı qanunsuz tikinti işlərini dərhal dayandırıb və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura Şöbəsinin müdiri İntiqam Süleymanovun barəsində ciddi tədbirlər görəsiniz ".

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...




Geri qayıt