Əsas Səhifə > Cəmiyyət, Manşet > FHN-dən 200 min manatlıq şübhəli tender
FHN-dən 200 min manatlıq şübhəli tender20-09-2022, 10:59 |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Aura 2022 AA” MMC (VÖEN-1505848301) olub. DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, "Aura 2022 AA” MMC FHN-nin sifarişi əsasında nazirliyə güc maşınları və başqa tənzimləyici qurğular satacaq və qarşılığında 196 min 680 manat alacaq. Məlumat üçün bildirək ki, "Aura 2022 AA” MMC tender elanından cəmi 5 ay əvvəl – 16.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. FHN-nin tender elanı avqust ayının 11-də elan olunub. Onu da bildirək ki, "Aura 2022 AA” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 5 ay əvvəl yaranan və 197 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nurəddinov Mehman Əlihadi oğludur. Maraqlı məqamlardan biri də odur ki, ötən ilin dekabr və bu ilin yanvar-fevral aylarında "Aura 2022 AA” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. Belə ki, “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” ünvanda dövlət qeydiyyatına alınan "Aura 2022 AA” MMC -nin qanuni təmsilçisi Nurəddinov Mehman Əlihadi oğlu eyni zamanda "Medıa-039M" MMC-nin (VÖEN - 1505848281) də rəhbəridir. Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir. Cəmi 3 ay ərzində ötən ilin dekabr və bu ilin yanvar-fevral aylarında “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” ünvanda qeydə alınan şirkətlər bunlar olub: Geri qayıt |