Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakıda TƏHLÜKƏLİ NAĞILLAR...
Bakıda TƏHLÜKƏLİ NAĞILLAR...22-09-2022, 09:59 |
DİA.AZ: - "Mövsüm tortları zövqünüzü oxşayacaq və sevinc gətirəcək. Bu möhtəşəm tortun dadına mütləq baxın... O sadəcə sehirlidir. Bayram masanız üçün mükəmməl seçim!.." Təbii ki, bütün bunlar reklam mətnidir. Bakıda fəaliyyət göstərən "Venskaya Skazka" şirniyyat dükanının məhsullarını reklam mətni... "Reklamda deyirlər ki, "Bu möhtəşəm tortun dadına mütləq baxın... O sadəcə sehirlidir" Biz isə ailəlikcə az qala zəhərlənəcəkdik". Bunu isə DİA.AZ-a müraciət edən vətəndaş gileyində qeyd edir. Narazı vətəndaş bildirir ki, iki gün öncə sözügedən dükandan 41 manat 30 qəpiyə meyvəli tort alıblar: "Düşündük ki, meyvə sezonudur, keyfiyyətli olar. Həm də ən əsası - satıcı özü həmin tortu məsləhət gördü və dönə-dönə bildirdi ki, təzədir... Evə gedəndə isə tortu kəsib dadına baxdıqda köhnə olduğunu gördük. Yaxşı ki, diqqətli olduq və zəhərlənmədən aldığımız tortu zibil qabına yerləşdirdik". Narazı vətəndaş onu da qeyd edir ki, köhnə tortu təzə adı ilə satmaqla yetinməyən "Venskaya Skazka" rəhbərliyi həm də kassa çeki verməkdən də imtina edir: "Bu da Vergilər nazirliyini maraqlandırmalıdır". DİA.AZ-dan: Hər halda İqtisadiyyat və Vergilər nazirlikləri üçün, habelə Qida Təhlükəsizliyi Agentliyi üçün də bu dükanda araşdırma aparılması zərurəti mövcuddur... Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |