Əsas Səhifə > Cəmiyyət, Manşet > Əmrullayevin buralardan XƏBƏRİ VARMI?..
Əmrullayevin buralardan XƏBƏRİ VARMI?..13-10-2022, 11:00 |
Şirvan şəhər E.B. İmanov adına 10 nömrəli məktəbin direktoru Arif Əliyev elə bir idarəçilik sistemi yaradıb ki, məktəbdə xadimələr, müəllim və valideynlərə divan tutur.. Məktəb təhsil ocağına yox, ciddi cəzaçəkmə müəssisəsinə bənzəyir. Mənim övladım həmin məktəbin 1-ci sinifində təhsil alır və valideyn kimi onun təhsil şəraiti ilə maraqlanmaq və o cümlədən məktəbə daxil olmaq hùququmdur. Övladımın azyaşlı olmasını nəzərə alsaq, hələ ki onun məktəbdə bəzi şeylər üçün valideyn köməyinə ehtiyacı olduğu da danılmaz faktdır.. 10 nömrəli məktəbdə Arif Paşa (direktor) həzrətləri tərəfindən elə bir "vəziyyət" qurulub ki, valideynin duxu çatmır ki, "Çin Səddi" olan məktəbin qapısından içəri daxil olsun. Elə bir hal baş verərsə, ani şəkildə sinif müəlliməsinin və valideynin üstünə xadimələr tərəfindən hücum çəkilir və birbaşa tapşırıq direktor tərəfindən verildiyi bildirilir! Bu, nə deməkdir? Bu, hansı qanundur? Təhsil ocağı kiminsə dədəsinin daşınmaz əmlakı və ya imarəti deyildir. Təhsil ocağı dövlətin və xalqındır! 16.09.2022-ci il tarixdə şahidi olduğum məsələ bütün əsəblərimi korlayıb. Təsəvvür edin saat 10:30-da birinci siniflərin dərsi bitir və valideynlər məktəbə daxil olaraq övladların məktəbdən götürür. Məndə bütün valideynlər kimi içəri daxil oldum və sinif qarşısında gözlədim ki, müəllimə dərs tapşırıqlarını bitirsin və övladımı götürüm. Bu zaman bir xadimə üstümüzə elə gəldi ki, elə bildim valideynlərin hansınınsa çantasında bomba var və məktəbdə terror aktı törədəcək. Biranlıq susub dayandım və gördüm ki yox, "paşa həzrətləri"-nin tapşırığına əsasən valideyn məktəbə daxil ola bilməzmiş deyə, xadimə səsin atıb başına.. Xadimə birbaşa valideynlərin qisasın sinif müəlliməsindən almağa çalışdı sanki. Sinif müəlliməsinə elə qışqırdı ki, elə bil xadimə yox direktor idi.. Çünki o, tərbiyə və təlimatı direktordan almışdı.. Xadimə, daha sonra məktəbin rəhbər vəzifəsində çalışan bir xanımı çağırdı və sinif müəlliməsin el dili ilə desək danlatdırdı.. Həqiqətən sinif müəlliməsinin heçbir günah olmadan danlaq alması mənə çox pis təhsir etdi. Müəllimə danlanan zaman, xadimənin üzündə ki sevinc ifadəsi hələdə gözümün önündən getmir.. Mən 7 il mətbuat sahəsində çalışmışam və kurs bitirən jurnalist kimi hərzaman ali təhsilli jurnalistlərə sayğı ilə yanaşmışam. Onların qarşısında yerimi bilmişəm. Bəzən onlar bilmədiklərini bilsəm belə, susmuşam və ya sakitcə özlərinə bildirmişəm ki, biz bunu belə etməliyik. Ən azından xadimə xanım düşünməlidir ki, müəllimin ondan böyük təhsili var və heçbir xanıma səs tonunu yüksəltmək yaraşmır. Doğrudur mən bu mövzuda xadiməni qismən qınayıram. Çünki onların işi təmizlikdən ibarət olsa da, bununla yanaşı direktorun əmrin icra edirlər.. Birdaha vurğulayıram ki, Salyan Regional Təhsil Şöbəsi hökmən 10 nömrəli məktəbə nəzarət etməli və məktəbdən "cəza çəkmə müəssisəsi" qanunlarını yığışdırmalıdır! //hurriyyet.az// Geri qayıt |