Əsas Səhifə > Cəmiyyət, Manşet > "Camaatı niyə gic yerinə qoyursunuz?"
"Camaatı niyə gic yerinə qoyursunuz?"17-10-2022, 09:16 |
DİA.AZ: - "Bilmirik problemimizi kimə deyək..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Səadət adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "Biz aldanmışıq siz aldanmayın!!! "Bosch Home Optimal" Sədərək filialından 2000 manat ödəyib soyuducu almışıqq. Zəmanəti qurtarmamış belə olub soyuducu.... Zəng edib haqqımızı tələb edəndə isə 150 manat pul tələb edirlər bizdən. Niyə?!!! Camaatı niyə gic yerinə qoyursunuz? Niyə başqa firmalarda bu hal baş vermir??? Operatorlar deyir ki "RƏHBƏRLIK" belə qərar verib... Keyfiyyətsiz mallarına görə niyə əlavə pul ödəməliyik?! Bu nə biabırçılıqdır "Bosch Global"?! Çıxın cavab verin..." İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |