Əsas Səhifə > Cəmiyyət, Manşet > Vəhabilər Bakıda hücum tədarükündə

Vəhabilər Bakıda hücum tədarükündə


3-01-2014, 12:15
Vəhabilər Bakıda hücum tədarükündə
DİA.AZ: - Bu gün Müşfiqabad məscidində qan tökülə bilər. Belə ki, bir müddət öncə sələf camaatı tərəfindən təkfirçi fikirlərinə görə, afaroz olunan xəvariclərin ideoloji lideri Əlixan Musayev bir müddət öncə qovulduğu Müşfiqabad məscidinə basqına gedəcək.

Azerinfo.org-a daxil olan məlumata görə, radikal təkfirçi fikirlərinə görə, “Əbu bəkr”, “Ləzgi” və Qaraçuxur məscidlərində xütbə deməsi qadağan olunan Əlixan Musayev bir müddət öncə bəyanat yayaraq, sələfiləri kafirə tabe olmaqda suçlayıb, Azərbaycanı isə darül-küfr (müsəlman olmayan, kafir ölkəsi-bu ifadə cihadçılara hər cür partlayış törətməyə sərbəst olduqlarını göstərir) adlandırıb. Bundan sonra ona qarş çıxan Mədinə tələbələrini “Qamət Süleymanovdan qorxmaqda” ittiham edən Əlixan Musayev ilk dəfə açıq savaşa çıxıb.

Bu gün Turab və Cavanşır adlı iki tərəfdarı ilə Müşfiqabad məscidinə gedərək, oradakı dindarları özünə tabe olmağa çağırmağı planlaşdıran Əlixan Musayevə ən böyük dəstək Sumqayıt və yenicə güclənməkdə olan və Suriyaya cihadçı göndərməsi ilə tanınan Yasamal camaatından gəlib. Lakin İlahiyyat məscidində bir şey edə bilməyəcəyini bildiklərindən bütün radikallar Müşfiqabad məscidinə çağırılıb. Əlixan Musayevin təkfirçi olduğunu oxuduğu Mədinə universitetinə bildirərək, onun diplomunun etbarsız sayılmasını istəyən Mədinə tələbələrinin bir-bir “razborka”ya çağrılaraq, “ya Əlixana tabe olacaqsınız, ya da qanınız, malınız və zövcələriniz bizə halaldır” ultimatiumu verir və imzalarından imtina etmələri tələb olunur.

Müşfiqabaddakı sələf camaatını Əlixan Musayevə beyət etməyə dəvət edəcək təkfirçi və cihadçıların ehtimal olunan münaqişəyə hazırlıqlı getdikləri bildirilir. Onu da qeyd edək ki, hazırda Əlixan Musayev Əbu Hanzala kimi radikal təkfirçilər tərəfindən müdafiə olunur. Onun radikal çıxışları İran yönümlü Mustafa İslamoğlu tərəfindən də təqdir olunmaqdadır. Çünki İranın illərdən bəri bölməyə çalışdığı sələfilər arasında ilk dəfə Əlixan Musayevlə fitnə sala biliblər. Eyni zamanda Əlixan Musayev özünün təkfirçiliyini inkar etsə də, “Qamət kafirə cənazə namazı qılıb, tağuta (şeytanın hakimiyyətinə) itaət edib” deyərək, siyasi səhv buraxdığı iddia olunur. Mövzuya qayıdacağıq…

Geri qayıt