Əsas Səhifə > Cəmiyyət, Manşet > Dövşanla uğraşan İsa Həbibbəylinin kadrı öz vəzifəsinin adını belə yaza bilmir

Dövşanla uğraşan İsa Həbibbəylinin kadrı öz vəzifəsinin adını belə yaza bilmir


29-11-2022, 10:42
Dövşanla uğraşan İsa Həbibbəylinin kadrı öz vəzifəsinin adını belə yaza bilmir
Naxçıvan sakinləri Naxçıvan şəhər bələdiyyəsinin sədri Nuraləm İbrahimovdan narazıdırlar.
Onların iddialarına görə, Nuraləm İbrahimov bələdiyyəyə ayrılan dövlət vəsaitlərini talamaqla qalmır, həmçinin “yumurtadan yun qırxmaq” siyasəti ilə tanınır.
Bələdiyyə sədrinin “yumurtadan yun qırxmaqlığı” nə olsa yaxşıdır? Redaksiyamıza göndərilən şikayət məktublarına inansaq, Naxçıvan şəhər bələdiyyəsində hər arayış üçün 20 manat qoparmaq “dinmə ver” parasıdır.
Bundan əlavə, Nuraləm müəllim vətəndaşların bələdiyyəyə borclarını “silmək” məharəti ilə də məşhurdur. “Məsələn, bələdiyyəyə 500 manat borcu olan vətəndaşı yanına çağırıb ondan 250 manat rüşvət alıb yola salır. Vətəndaşı isə inandırır ki, onun borcu silinib. Halbuki bu borcu silmək mümkün deyil və Naxçıvana göndərilən təftiş komissiyası bir gün şəhər bələdiyyəsini yoxlayanda yenidən həmin borclar ortaya çıxacaq və vətəndaşlar onu ödəməyə məcbur olacaq”, - şikayətçilər bildirir.
AMEA-nın Prezidenti İsa Həbibbəylinin kadrı olduğu bildirilən Nuraləm Məmmədovun ən maraqlı xüsusiyyəti icra etdiyi vəzifənin adını düzgün yazmamaqdır. Bildirilir ki, o, bələdiyyə sözününü yazanda adətən “y” hərflərindən birini yeyir: “Acgözlüyün dərəcəsinə baxın, ha. Bu adam hətta hərfi belə həzmi-rabedən keçirir. Görün, indi qabağına pul qoysanız hansı hoqqalardan çıxar. Atalar yaxşı deyib: Müəllimi Pəncov İsa olanın savadı qısa olar”.
Şikayətçinin dediklərinin hamısı öz yerində, açığı, onun misal çəkdiyi atalar sözü bizim üçün lap yenilik oldu. Görəsən, bu sözü hansı ata deyib?
Digər bir sual: Himayə etdiyi kadra belə, öz vəzifəsini düzgün yazmağı öyrədə bilməyən İsa müəllim görəsən dovşan sözünün necə tələffüz olunduğunu tapa biləcəkmi?
Bəlkə suallara siz cavab verəsiniz?
Heydər OĞUZ - DİA.AZ

Geri qayıt