Əsas Səhifə > Cəmiyyət, Manşet > “Bakının agentləri” Vasif “xan”a qarşı üsyan bayrağı qaldırdılar

“Bakının agentləri” Vasif “xan”a qarşı üsyan bayrağı qaldırdılar


30-11-2022, 09:50
“Bakının agentləri” Vasif “xan”a qarşı üsyan bayrağı qaldırdılar
Vasif Talıbovun göstərişlərinə əsasən son bir neçə ildə adlarına “Bakının casusu” qoyub işdən uzaqlaşdırılan və şəxsi işlərinə xidmətə yarasız maddəsi yazılaraq ümumiyyətlə daxili işlər orqanlarında işləmək hüququndan məhrum olunan sabiq polis zabitləri öz haqları uğrunda mübarizə aparmağa qərar veriblər.

DİA.AZ bildirir ki, Ovqat.com-un məlumatına görə, onlardan biri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədovdur.

Bildirilir ki, Elçin Əhmədov Naxçıvan MR DİN-də yaşanan qanunsuzluqlarla bağlı DTX-ya məktub yazmağı planlaşdırır. Aldığımız məlumatı dəqiqləşdirmək üçün Elçin Əhmədovla əlaqə saxladıq. O da faktı təsdiqlədi.

“Bakının agentləri” Vasif “xan”a qarşı üsyan bayrağı qaldırdılar

Qeyd edək ki, Azərbaycan Polis Akademiyasının nümunəvi məzunu olan Elçin Əhmədov Naxçıvan MR DİN-in müxtəlif idarələrində işləmiş və “Azərbaycanın casusu” müamiləsi ilə qarşılaşmışdır. Mənəni və psixoloji təzyiqlərə tab gətirə bilməyən Elçin Əhmədov polis orqanlarından uzaqlaşmaq məcburiyyətində qalmışdır. Ona rahat iş tapmaq imkanı vermək istəməyən Naxçıvan MR DİN rəhbərliyi Elçin Əhmədovun əmək kitabçasına xidmətə yararsız maddəsi yazaraq polis orqanlarından uzaqlaşdırmış, faktiki olaraq bir savadlı hüquqşünasın karyerasını məhv etmək yolunu tutmuşdur.

Elçin Əhmədov üzləşdiyi bu haqsızdan sınmamış, Bakıya gələrək, vəkillik imtahanlarına hazırlaşmış və imtahanı qazanaraq vəkillik etməyə başlamışdır. O hazırda VK-nın üzvüdür.

Elçin bəydən DTX-ya yazacağı məktubda əsasən nədən bəhs edəcəyini soruşduq. O, “gördüyü nikbü-bədi izhar edəcəyini” bildirdi. Söz verdi ki, məktubun bir nüsxəsini də bizə göndərəcək. Səbrsizliklə, onun Naxçıvan DİN-də bir çox cinayətlərin üstünü açacağını düşündüyümüz məktubunu gözləyirik.

“Bakının agentləri” Vasif “xan”a qarşı üsyan bayrağı qaldırdılar

Vasif “xan” rejiminə qarşı üsyan bayrağı qaldıran digər “Bakı agenti” polis zabiti Elvin Mikayılovdur. Elvin Mikayılov da Azərbaycan Polis Akademiyasının məzunudur. Naxçıvan orta ixtisas Polis Məktəbi Elvin Mikayılovun savadından, təcrübələrindən istifadə olunaraq açılmışdır. Məktəbin qurucusu olan Elvin Mikayılov üzləşdiyi haqsılıqlara dözməyərək tutduğu vəzifədən istefa vermişdir. Onun da şəxsi işinə “xidmətə yararsız” maddəsi qeyd olunmuşdur.

Əldə etdiyimiz məlumata əsasən, Elvin Mikayılov artıq Azərbaycan DİN-nə öz işinə bərpa olunması xahişi ilə müraciət edib. Məlumatı Elvin bəyin özü də təsdiqlədi və Daxili İşlər naziri, polis general-polkovniki Vilayət Eyvazova ünvanladığı müraciətin surətini bizə göndırdi. Müraciətdə deyilir:

“Bakının agentləri” Vasif “xan”a qarşı üsyan bayrağı qaldırdılar

“Cənab Vilayət Eyvazova

2012-ci ildə Polis Akademiyasını bitirmişəm, ehtiyatda olan polis mayoruyam, 10 il qüsursuz xidmətə görə medalım var və peşəkarlıq dərəcəm 2-ci dərəcədir. İngilis və rus dillərini bilirəm, ərəb-fars dilində oxuyub yaza bilirəm, kompüter biliklərim var, Microsoft Office proqramlarında sərbəst işləyirəm. 2021-ci ildə öz arzumla (öz arzum olsaydı, 14 ilimi yerə vurmazdım) daxili işlər orqanlarından xaric olunmuşam. Yaşayış evim Naxçıvan şəhərindədir və orada qeydiyyatdayam. Hal-hazırda Bakı şəhərində kirayə yaşayıram Daxili işlər orqanlarına yenidən bərpa olub Naxçıvan şəhərində işləmək istəyirəm. Xahiş edirəm məni daxili işlər orqanlarına bərpa edəsiniz”.

“Bakının digər agentləri”nin də eyni addım atacağı bildirilir.



Geri qayıt