Əsas Səhifə > Cəmiyyət, Manşet > Kəmaləddin Heydərov aclıq edən ailəyə sahib çıxdı

Kəmaləddin Heydərov aclıq edən ailəyə sahib çıxdı


9-01-2014, 12:02
Kəmaləddin Heydərov aclıq edən ailəyə sahib çıxdı
DİA.AZ: - Məlum olduğu kimi, Sabunçu rayonu ailəsində bir ailə faciəsi yaşanmaqdadır. Təbii ki, buna səbəb olan məmur özbaşınalığıdır. Söhbət artıq 15 gündür aclıq aksiyası keçirən Həsən Camalovdan gedir. Sabunçu rayon sakini olan Həsən Camalova ilk başdan ailəsi də dəstək versə də, sonradan onun ailə üzvləri aclıq aksiyasını dayandırmalı oldular. Amma Həsən Camalovun özü günlərdir ki, aksiyasını davam etdirir ki, bu da onun həyatının təhlükə altına düşməsinə gətirib çıxarıb.

Bununlda bağlı DİA.AZ-a danışan Həsən Camalov bildirdi ki, durumu günü-gündən ağırlaşır: «Dünən isə həkimlər müayinə etdilər və vəziyyətimin ağır olduğu təsbit olundu. Həkimlər aclıq aksiyasını dayandırmağı vacib bildilər. Yəni bu aksiya həyatım bahasına mal iola bilər.

Amma mənim problemim hələ də qalır. Və mən də aksiyanı yalnız problemin həll olunacağı təqdirdə dayandıra biləcəyimi dedim».

Xatırladaq ki, Həsən Camalovun 13 uşaqla yaşadığı evi Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən hədəfə alınıb. Belə bir böyük ailənin yaşadhığı evi qanunsuz elan edən icra hakimiyyəti başçısının əslində süni problem yaratdığı hər kəsə aydındır. Elə bunu hakimiyyətin üst düzəyində də qiymətləndiriblər. Bu barədə DİA.AZ-a danışan Həsən Camalov bildirdi ki, srağagün fövqəladə hallar nazirliyinin nümayəndələri onun evində olublar:

«Mənə bildirdilər ki, artıq nazir Kəmaləddin Heydərov bu məsələni nəzarətinə götürüb. Hətta mənə etiraf olundu ki, nazirliyin bu qalmaqalın yaranmasına səbəb olan əməkdaşlarından ikisinə şiddətli töhmət verilib və onlardan biri vəzifəsini də itirə bilər. Amma mənə problemimin həll olunması lazımdır.

- Nazirliyin nümayəndəsi bu barədə nəsə dedimi?
- Mənə bildirdilər ki, artıq iş nazirin nəzarətindədir. FHN-dən gələn nümayəndə ilə yanaşı, icra hakimiyyətinin əməkdaşı da orada idi. Və mənə bildirdilər ki, ümumi dil tapıb, anlaşmalıyıq.

- Probleminizin həllində Kəmaləddin Heydərovun dəstək olacağına inanırsınızmı?
- Mənim tək ümidim göydə Allah, yerdə isə cənab prezident İlham Əliyevdir. Və mən inanıram ki, artıq üzləşdiyim problem prezidentin də diqqətini cəlb edib və onun göstərişi ilə FHN işi nəzarətə götürüb».

Geri qayıt