Əsas Səhifə > Cəmiyyət, Manşet > Lerikdə Rövnəq Abdullayevin adından kim istifadə edir?

Lerikdə Rövnəq Abdullayevin adından kim istifadə edir?


13-01-2014, 12:33
Lerikdə Rövnəq Abdullayevin adından kim istifadə edir?
Son zamanlar bir sıra rayonlarda baş verən məmur özbaşınalığı barədə tez-tez mediaya müraciətlər edilir. Bu məlumatlardan aydın görünür ki, bəzi məmurlar günü-gündən insanlara divan tutmaqla məşğuldurlar. Lerikdən Bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, rayon icra başçısının müavini Cəlil Baxşıyev rayonu özü istədiyi kimi idarə edir.
Rayonda xalq arasında “Qəmlo” adlandırılan C.Baxşıyevin qanunsuz və insanlığa sığmayan əməlləri əhalini bezdirib. Lerikdə at oynadan bu şəxs rayon mərkəzindəki obyektləri və torpaqları öz yaxın adamlarının adına özəlləşdirib.
Bununla yanaşı, Baxşıyev rayonda məmurlarla əhali arasında qarşıdırmalar yaradır. O, hesab edir ki, bütün bu qanunsuzluqlar onun deyil, icra başçısı Rövşən Bağırovun adı ilə bağlanacaq, ona görə də məmurlarla əhalini bilərəkdən üz-üzə qoyur.
Məlumata görə C.Baxşıyev xoşuna gəlməyən şəxslərə də torba tikə bilir və icra başçısı Rövşən Bağırovu asanlıqla aldadadır. Həmin şəxsləri icra başçısının gözündən salan Baxşıyev bundan istifadə edərək müxtəlif təzyiq vasitələrinə əl atır.
İcra başçısının etimadını qazanan və özünü onun adamı kimi gözə soxan, əslində isə öz məqsədləri üçün istifadə edib rayonun idarəçiliyini ələ alan Baxşıyev artıq Lerikdə ciddi problemə çevrilib. Vəziyyət o həddə çatıb ki, icra başçısı çıxışlarında C.Baxşıyevdən “Cəlil müəllim demişkən”, “Cəlil müəllimin bir gözəl sözü var” kimi sitatlar gətirir.
Məlumatda qeyd olunur ki, Baxşıyev bu gün rayonun ən varlı məmurudur və rayondakı obyektlərinin sayını artıq özü də bilmir. Öz kəndində tikdirdiyi ” 9 qardaş” İstirahət Mərkəzinə sərf olunmuş vəsaitlə az qala lerikliləri bir neçə il yaşatmaq olardı.
Çox acınacaqlıdır ki, icra başçısı da Baxşıyevin bu obyektlərindən xəbərdardır, amma ona “gözün üstə qaşın var” deyə bilmir.
Hələ bu harasıdır?
Onun Bakıdakı obyektlərindən isə heç kəsin xəbəri yoxdur. Həmin obyektlər barədə də yaxın günlərdə məlumat verəcəyik. Baxşıyev məclislərin birində bildirib ki, o hansısa rayona icra başçısı getmək istəyir və ağsaqqalı da Rövnəq Abdullayevdir. Buna görə 1 milyon manat pul topladığını deyən Baxşıyevin bu əməllərindən, bəlkə də, Rövnəq Abdullayevin xəbəri yoxdur. Amma faktiki olaraq, o, ARDNŞ prezidentinin adından sui-istifadə edir.
Doğrudan da, maraqlıdır, görəsən icra başçısının müavini bu qədər pulu hardan gətirib? İzahata ehtiyac yoxdur. Çünki rayonun abadlığı üçün ayrılmış maliyyə vəsaitləri və rayonun büdcəsi bu adamın əlindən keçir. Hətta pulu, imkanı o qədər əndazəni aşıb ki, rayonda istədiyi adamı həbs etdirəcəyini deyir.
Fakt odur ki, bir vaxlra Cəlil Baxşıyevə səlahiiyyət verən, onun rayonda hegomoluq və talançılıq etməsinə şaərit yaradan Rövşən Bağırov bu gün ona hökm edə bilmir. Baxşıyevin araxasında duran şəxs isə heç şübhəsiz deputat İqbal Məmmədovdur. O, bu “uğur”ları məhz İqbal Məmmədovun dəstəyi ilə relallaşdıra bilib.

Geri qayıt