Əsas Səhifə > Cəmiyyət, Manşet > Yardımlıya YARDIM ƏLİNİ UZADAN OLACAQMI?
Yardımlıya YARDIM ƏLİNİ UZADAN OLACAQMI?3-01-2023, 12:17 |
Milli duyğuların aşıb-daşdığı bir dövrdə də Yardımlı rayonunda rüşvət və məmur özbaşınalığından qurtula bilmədiksə, deməli, bu əxlaq xəstəliyinin düzgün və düşərli terapiyasını tapmamışıq. Təsəvvür edin, qəlbi köləliklə çırpınan antimilli məmuriyyət əlbir olaraq Yardımlıda dövlət vəsaitini rahat şəkildə mənimsəyirlər. Yardımlı rayon məmurları milyonları talamaqla dövlətin sütunlarını zədələyir, Yardımlını viran qoyurlar, xalqın rifahını məhv edirlər, inamsızlıq, ümidsizlik, şübhə, qarşılıqlı kin və nifrət, ədavət mühiti yaradırlar. 17 il ərzində Azərbaycan dövlətinə və Yardımlı əhalisinə, bütün parametrləri üzrə, 70 ildə Sovet dövlətinin vurmadığı ziyanı məmurlar Yardımlıya vurdu. Yardımlını yaman günə qoydular. Teref.az yazır ki, bu məqaləni Ekber Sadiyev adlı vətəndaş sosial şəbəkədə paylaşıb. Vətəndaş fikirlərini davam etdirərək daha sonra yazır: Hətta harınlamış məmurlar əmələ gətirdikləri və xalqdan oğurlanmış milyonlara bələdikləri övladlarına: “Yardımlının sonu yoxdur. Çıxın, qaçın bu ölkədən!” öyüdlərini verir, özləri isə qoca çağlarında hələ də Rayon iktisadiyatının və inkişafının var-yoxunu sökürlər. Belə məmurlar xalqa qan qusdurmağı sanki qarşılarına məqsəd qoyublar. Onların bu idbar fəaliyyətindən qazanan isə yadellilərdir. Anadangəlmə patoloji beyin problemi olan bu satqın zatlar ya beyin müalicəsi almalı, ya da ömürlük təcrid edilməlidirlər, nəinki onlara vəzifə və səlahiyyət vermək! Arzu və ümid edək ki, 2023-cü ildə antikorrupsiya əməliyyatları daha intensiv və daha kəskin xarakter alacaq, Yardımlı Rayonunu da əhatə edəcək! Yardımlı əhalisi Dövlət rəhbəri ilə HƏMRƏY olub Rayonu tar-mar edən haramzadələrin ən sərt şəkildə cəzalandırlmasına nail olacaq! Məncə, nə qədər manevr etsələr də, Yardımlıda rüşvət əxlaqına təslim olmuş heç bir qurum bu müqəddəs əməliyyatdan kənarda qalmayacaq! Yardımlı əhalisini məmurların düşdüyü bu ağır iqtisadi-mədəni, ictimai-siyasi və mənəvi-əxlaqi böhrandan qurtaran şəxsin adını tarixdə ehtiramla yad ediləcək! Şəffaflıq, qanun, ədalət, səmimiyyət və dürüstlüyün olmadığı yerdə həmrəylik olmur. Bu ali keyfiyyətlərin təmin olunacağı günü Yardımlı əhalisi səbirsizliklə gözləyir. Əkbər Sadıyev Teref.az Geri qayıt |