Əsas Səhifə > Cəmiyyət, Manşet > KÖHNƏ EŞALONUN CAVAN ASTAR ÜZÜ: Seymur Orucov...

KÖHNƏ EŞALONUN CAVAN ASTAR ÜZÜ: Seymur Orucov...


12-01-2023, 10:51
KÖHNƏ EŞALONUN CAVAN ASTAR ÜZÜ: Seymur Orucov...
Seymur Orucov - 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
Ailəlidir.
Seymur Orucovun qaynatası keçmiş millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevdir.
Qaynanası Zemfira Hacıyeva Ramiz Mehdiyevin keçmiş “idarəsində”, yəni Azərbaycan Milli Elmlər Akademiyasında uzun müddətdir ki, Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktorudur.
Doğma dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir.
Möhbalıyev də Perzidentin sabiq köməkçisi Əli Həsənovla qudadır....

Həyat yoldaşı Çeşmi xanım “Narxoz”un qapısından içəri girən günü, yəni 1-ci kursda oxumağa başlayan kimi olub “Narxoz”da Tələbə Elmi Cəmiyyətinin sədri.
Ardından, 24 yaşında oldu “Narxoz”da - papasının yanında dekan.

Qeyd; “Korrupsiya haqqında qanun”a görə, qohumların eyni qurumda işləməsi korrupsiya vasitəsi kimi nəzərdə tutulur.

Bu xanım rektorun doğmaca qızıdır.

Bir müddət sonra eşitdik ki, Maştağada bağça müdirəsidir.

Biraz da keçdi, bəlli oldu ki, Çeşmi xanım “parnik” (istixana) sahibidir, pomidor, xiyar yetişdirir. Özü də 350.000 (üç yüz əlli min)lik zirehli avtomobil sürən gənc sahibkar xanımın, sən demə istixanalarda istifadə etdiyi qaza görə, Azəriqaza 115 min manat borcu var.
O borcun da taleyi necə oldu, heç kim bilmədi.

Ondan sonra isə eşidirik ki, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Çeşmi xanımı özünə müşavir təyin edib.

Əlqərəz...

Əslində, 2021-dən danışırıq. Sadəcə xatırlatmaq istədik ki, bilirik kimsənin vəzifəyə təsadüfi, yaxud zəhməti, bacarığı ilə gəlmədiyini.

Amma, nəolsun ki, vəzifəyə gələnə qədər zəhmət çəkməmisən?!
Heçolmasa vəzifəyə gəldikdən sonra, o vəzifənin məsuliyyətini daşımalısan ya yox?

Gənc iqtisadçı İcra başçısı görünür maliyyə məsələlərində həqiqətən yaxşı bilir. Bunu elə onun vəzifəyə təyin olunandan, taa bugünə qədər tez-tez keçirdiyi tender müsabiqələrindən də bəlli olur.

Qeyd edək ki, Seymur Orucov Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli (ətraflı məlumat vermədən, katirovka sorğusu olmadan) keçirir və yerli mediyanın məlumatına görə, özünə yaxın şirkətləri qalib elan edilir.

Başı tenderlərə qarışan Seymur Orucov Ağstafaya çatar-çatmaz , gənc olmasına baxmayaraq, "əkə-bükə" icra başçıları kimi, "profesionalcasına" vəzifədən şəxsi məqsədləri üçün istifadə etməyə girişdi.
Deyirlər, "insan həyata 3 dəfə gəlir". İndi, Seymur Orucov ya bundan əvvəlki həyatında da İcra başçısı olub, ya da vəzifə hesabına sərvət toplamaq, dayı tərəfindən genetik olaraq keçib.

Yoxsa, bu qədər peşəkarlıq ???

Hə, gələk sözümüzün "mustafası"na. Seymur Orucovu boşuna xatırlamadıq. Rəsmi olaraq, rəhbərlik etdiyi - realda isə yerli sakinlərin rayondan xəbəri olmadığını dedikləri Seymur Orucov rayon ərazisindəki "işgüzar fəaliyyəti" barəsində "DogruXeber.az"a videoməlumat göndərilib.

Təkrar olaraq, bildiririk ki, görüntülər Ağstafa rayonunun Vurğun qəsəbəsində lentə alınıb.
Gördüyünüz küçə isə 2020-ci ildə yaşadığımız 44 günlük müharibənin qalib qəhrəmanı - şəhid Hüseynov Nəcəf İlqar oğlunun adını daşıyır.

Gördüyünüz kimi, küçə boyu qaz xətləri gözümüzə dəymədi. Bu o deməkdir ki, qəsəbəyə hələ də qaz xətləri çəkilməyib.
İşıq dirəkləri desək, yolları desək, bənzətməyə söz də tapmaq olmur. Heç nəyə bənzəmir bu görüntülər - bir sözlə rəzillik.
Bir rayonun rəhbəri adına utancverici reallıq.

İki dirəyə bağlanmış o qaraltı kimi görünən lövhə isə, sən demə küçənin adını daşıdığı şəhid Nəcəf Hüseynovun şəkili imiş.
Maraqlıdır ki, bu qaraltı kimi gördüyümüz bu lövhəni, hansı səbəblərdənsə, yerli sakinlər "abidə" adlandırır.

Ya bu onlara belə aşılanıb, ya da yerində abidə tikilməsi nəzərdə tutulubmuş, bunu deyə bilmərik.

Amma, bir şəhidin adını daşıyan küçənin - heçolmasa küçənin (hələ qəsəbəni demirik) görüntüsü, şəraiti də onun adını daşımağa layiq olmalıdır.

Dövlət büdcəsindən İcra Hakimiyyətinə ayrılan məbləğlər, "qohum-əqrəba" arasında keçirilən tenderlərdən əldə olunan gəlirlərin taleyindən rayon da bixəbərdir, rayonun sakinləri də.

Seymur Orucovun İcra başçısı olaraq, özü üçün nələr etdiyini mətbuat da, yerli sakinlər yaxşı bilir. Lakin, İcra başçısı olaraq, Ağstafa rayonu üçün nələr etdiyini isə "gördüm" dəyən yoxdur.

Yerli sakinlərin "DogruXeber.az"a bildirdiyinə görə, heç çox zaman qəbuluna da düşmək olmur.
Hətta, İcra Hakimiyyətinin səlahiyyətli işçisi tərəfindən hüquqları pozulduğu üçün İcra başçısının Ağstafa rayon sakini Aygün Eyyubovanın qəbul zamanı hansı "sürpriz"lərlə qarşılaşdığı, hüquq şöbəsinin və digər səlahiyyətli şəxslərin göstərişinə əsasən, Azərbaycan qadınını laiq olmadığı tərzdə - bir "qatı cinayətkar" kimi polis bölməsinə aparılması barəsində daha ətraflı məlumatları növbəti günlərdə dərc edəcəyik.
Eyni zamanda, sözügedən rayonda Ukrayna dilini hələ də bilmədiyi halda, həmin ölkənin Ali təhsil diplomunu əldə etmiş məsul şəxsin, o diplomla necə və hansı məmurun sayəsində yüksək vəzifəyə təyin olunduğundan bəhs edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Geri qayıt