Əsas Səhifə > Cəmiyyət, Manşet > “Anar Məmmədov və qardaşı Yalçın Məmmədov bu qurumu ailə şirkətinə çevirib”
“Anar Məmmədov və qardaşı Yalçın Məmmədov bu qurumu ailə şirkətinə çevirib”13-01-2023, 12:31 |
Bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində bu şirkətin strateji sənaye obyektlərinin qorunmasını həyata keçirən “Security Operation Services” (SOS) mühafizə şirkətinin rəhbərliyi haqda Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbə bildirir ki, mühafizə şirkətinin rəhbəri Anar Məmmədov və qardaşı Yalçın Məmmədov əllərində olan səlahiyyətdən istifadə edərək, bir çox qanunsuz əməllər törədiblər. Həmçinin, onların şirkət rəhbərliyinə ən yaxın adamlarını, hətta ailə üzvlərini təyin etdiyi bildirilir. ““Security Operation Services” MMC-nin Əməyin Mühafizəsi İdarəsinin rəisi Yalçın Məmmədov Kadrlar Şöbəsinə həyat yoldaşı Sevinc Məmmədovanı təyin edib. Qanunsuz tikintilərlə iş şöbəsini rəhbərləri də bibisi oğlu və dayısı oğludur. Bundan əlavə digər qohumları da bu şirkətdə yüksək vəzifələrdə çalışır ki, bu da onların “SOS”-u ailə şirkətinə çevirdiyini göstərir. Bir çox qohumlarından fərqli olaraq, hansısa işçinin xırda bir səhvi olsa, onu dərhal cəzalandırırlar. Yəni ya işdən çıxarır, ya da yaşadığı yerdən uzağa “perevod” edirlər ki, yolu uzaq olsun deyə gedib-gələ bilməsin, məcbur olub öz ərizəsi ilə işdən çıxsın. Üstəlik, harada yeyinti olan tikinti əraziləri varsa, həmin ərazidəki komandalara öz qöhumlarını rəhbər göndərirlər ki, söküb-dağıtsınlar”. Hurriyyet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |