Əsas Səhifə > Cəmiyyət, Manşet > Vasif Talıbov getdi... AMMA KƏRƏM QALIR HƏLƏ DƏ...
Vasif Talıbov getdi... AMMA KƏRƏM QALIR HƏLƏ DƏ...18-01-2023, 11:54 |
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup zabiti təxris olunmaq üçün öz hərbi hissə komandirlərinə raport yazıblar. Onlar, ordu komandanı general-polkovnik Kərəm Mustafayevin haqsızlıqlarına etiraz edərək, bu addımı atıblar. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a zabitlərin özləri məlumat verib. Raport yazanlar hərbidə ən az 20 il xidmət edən zabitlərdir. Ordunun baş qəragahındakı mənbənin məlumatına görə, kütləvi etirazların qarşısını almaq üçün, Kərəm Mustafayev yanvarın 17-də təcili iclas keçirib: “Kərəm Mustafayev əvvəllər belə etirazları ciddi qəbul eləmirdi, əksinə etiraz edənləri sərt cəzalandırırdı. Naxçıvanda hakimiyyət dəyişəndən sonra o da qorxuya düşüb. Dünən təcili iclas çağırıb, dedi ki, bu etiraz böyüyüməməlidir, Bakıdakılar xəbər tutmamalıdır. 5 saata yaxın sürən iclasın sonunda əvvəllər haqsızlığa uğrayaraq rütbəsi, vəzifəsi əlindən alınan bir neçə zabitin əvvəlki vəyifə və rübələrinə qaytarılması ilə bağlı göstəriş verdi. Hesab edir ki, bu yolla zabitləri sakitləşdirəcək. Ancaq, general indiyə kimi o qədər zabitin evini yıxıb ki, bu yolla etirazların qarşısını ala bilməyəcək”. Təxris olunmaq üçün raport yazan zabitlərdən R. Tağıyev deyir ki, əslində o, Azərbaycan ordusunda qalıb, vətənə xidməti davam etdirmək istəyir. Lakin, Naxçıvan ordusunda uzun illərdir üzləşdiyi haqsızlıqlara görə, təxris olub, yaxasını qurtarmaq istəyir: „Biz qalıb məmnuniyyətlə ordumuzda xidmət etmək istəyirik. 20 il xidmət etmiş zabitlər ən təcrübəli, orduya lazımlı zabitlərdir. Lakin, Kərəm Mustafayev başımıza elə oyunlar açıb ki, bezmişik xidmətdən. O, bizə özünün şəxsi nökəri kimi baxır, maaşımızı kəsir, rütbəmizi azaldır, eyiraz edənləri cəzalandırır, həbsə atdırır. Biz onun qardaşı, heç bir hərbi rütbəsi olmayan Nemət Mustafayevin qarşısında təzim etməliyik, onun tikintisində qul kimi işləməliyik. Ordudakı bu cür haqsızlara dözməyib, neçə zabit, MAXE intihar edib. Demək olar ki, hər ay bir intihar hadisəsi baş verir. Hamısı da Kərəm Mustafayevin haqsızlıqları ucbatından. Belə ordu olar? Naxçıvan Ordusu həm də korrupsiyanın, rüşvətin içində boğulur. Ümid edirik ki, Müdafiə Nazirliyi müdaxilə edib, vəziyyəti nizamlayacaq. Yoxsa, Naxçıvanda daha pisini yaşadacaqlar bizə “ Geri qayıt |