Əsas Səhifə > Cəmiyyət, Manşet > Kənd təsərrüfatının inkişafına İNAMIMIZ NİYƏ ÖLÜB?

Kənd təsərrüfatının inkişafına İNAMIMIZ NİYƏ ÖLÜB?


19-01-2023, 10:38
Kənd təsərrüfatının inkişafına İNAMIMIZ NİYƏ ÖLÜB?
DİA.AZ: - "Kənd Təsərrüfatı Naziri təyin olunandan bu yana İnam Kərimov aqrar sahədə hansı savadın sahibi olduğunu göstərdi. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşdu ki, Siz baramanı neçə dəfə suvarırsınız? Gah da fermerlərlə görüşdə quzu qucaqlayaraq Kənd Təsərrüfatı naziri olduğunu bildirdi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra iddia olunur ki, İnam Kərimov nazir təyin ediləndən bu yana kadır islahatlarında yalnız həmyerlisi olan yaxınları və qohumlarına üstünlük verən bir şəxs olaraq aqrar sahə kimi aqrar kadr ehtiyatını da məhv etdi.

DİA.AZ-a göndərilən məqalədə İnam Kərimovun yaxın adamları bir-bir təqdim olunur:

Anar Hüseynov:
Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin direktoru işləyirdi... Aqrar sahədən heç bir anlayışı yoxdur, külli miqdarda yeyinti etdikdən sonra 2020-ci ildə İnam Kərimov Anar Hüseynovu drektorluqdan azad edərək nazirliyə İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin etdi. Onu da bildirək ki, Anar Hüseynov ASAN Xidmətdə İnam Kərimovun kadırı idi və korrupsiya əməlləri üzə çıxan kimi yerini dəyişdi. Anar Hüseynov İnam Kərimovun yaxındır və qohumudur.

Fəda Abbasov:
Nazirlikdə Daxili Nəzarət və Audit şöbəsinin müdir müavini olan Fəda Abbasovun da aqrar təhsili və savadı yoxdur. 2020-ci ildə Anar Hüseynovun korrupsiya əməlləri üzə çıxanda onu Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin direktorluğundan azad edərək Fəda Abbasovu təyin edib. Fəda Abbasovu da İnam Kərimov ASAN Xidmətdən gətirib. Və nazirin qohumudur. Azəraqrar Dövlət İstehsalat və Emal Birliyimə direktor təyin ediləndən bu yana Fəda Abbasov da sabiq direktor kimi səlahiyyətində olan torpaqları və texnikaları rüsumundan baha fermerlərə icarəyə verərək əkini və özlərinin işbazları üçün şərait yaradaraq küllü miqdarda özü üçün mənfəət qazanır.

Fuad Mayılov:
Daxili nəzarət və Audit şöbəsinin müdiri işləyən Fuad Mayılov işlədiyi şöbədə birmənalı olaraq işçi və şikayətçi fermerlərin şikayətlərini örtbasdır etməklə məşğul olub. İnam Kərimovun ən istədiyi korrupsiya və gəlir yeri olan AXA-nın sədri olmuş Mirzə Əliyevin korrupsiya əməllərini bidiyinə görə İnam Kərimov Fuad Mayılovu Mirzə Əliyevin təklifi əsasında aparat rəhbərinin müavini və kadırlar şöbəsinə müdür təyin edib.

Mirzə Əliyev:
AXA-nın sədri olmuş və 1 həftə olar ki, vəzifəsindən azad olunan Mirzə Əliyev İnam Kərimovun "qara kassası" və vəzifəyə getmək isdəyənlərdən pul alaraq nazirə çatdıran şəxsdir. Mirzə Əliyev AXA-nın sədri işlədiyi dövrdə korrupsiya və özbaşınalığına görə qalmaqallı kadır olub. DAİM-lərin balasında olan torpaqlarda aparılan əkinlərin məhsullarını satışında gələn pulları AXA-nın Daxili nəzarət və audit şöbəsinin müdiri və müavininin əli ilə yığaraq dövlətin hesabına deyil, öz aralarında bölmələri və DAİM-lərdə dövlət hesabına əkin aparan aqronomları rüşvətin miqdarına və Mirzə Əliyevin maxinasiyalarını etməyənləri müqavilənin bitməsini bəhanə edərək işlərindən azad etmələrinə görə ölkə başçısı Prezident İlham Əliyevə dəfələrlə şikayətlər etmişlər. Korrupsiya əməlləri üzə çıxan İnam Kərimov vəziyyətdən çıxış yolu kimi Mirzə Əliyevi vəzifəsindən azad edərək özünü təmizə çıxarır, guya heç nədən xəbəri yoxdu. Sual olunur ki, İnam Kərimov hər ayda bir dəfə bölgələrdə görüş keçirirsən və fermerlər və işdən haqsız çıxan işçilər sizə üz tutaraq şikayətə gəlir... amma siz şikayətçiləri bir yolla yola verirsiniz, bəs onda bilmirdiniz ki Mirzə Əliyev nə işlə məşğuldur?

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt