Əsas Səhifə > Cəmiyyət, Manşet > Fuad Nəcəfli gələndən MAAŞLAR DA VERİLMİR...

Fuad Nəcəfli gələndən MAAŞLAR DA VERİLMİR...


25-01-2023, 11:04
Fuad Nəcəfli gələndən MAAŞLAR DA VERİLMİR...
Naxçıvanda bəzi dövlət idarə və müəssisələrinin maaşları iki aydır verilmir. Bura muxtar respublikadakı Tikinti, Təmir və Abadlaşdırma idarələri də daxildir. Bu idarələrin işçiləri noyabr ayından bəri maaş almadıqlarını bildirirlər. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a işçilərin özləri məlumat verib. Babək rayon Tikinti, Təmir və Abadlaşdırma İdarəsində çalışan Əli Quliyev deyir ki, bununla bağlı rəhbərliyə müraciət etsələr də, nəticəsi olmayıb:
“Yanvar ayı bitir. Naxçıvanda bütün rayonlarında Tikinti, Təmir və Abadlaşdırma idarələrində hələ də noyabr və dekabr ayının maaşını işçilər ala bilməyiblər. Gah dedilər maliyyə naziri həbs olunub, pulların keçməsi üçün imza atan yoxdur. Sonrada dedilər yoxlama var, bitsin verəcəyik. Bu gün sabah edirlər. Başqa gəlir yerimiz yoxdur. Ailə-uşağımız var. Maaşların bu qədər yubadılması işçilər üçün əməlli-başlı problemlər yaradıb".
Əli Quliyev deyir ki, yanvarın 18-də idarənin qarşısında bir qrup işçi toplaşaraq rəhbərlikdən maaşların verilməsini tələb ediblər. Onlara söz verilib ki, bir-iki günə maaşları veriləcək:
"Deyilənlərə inanmırıq. Çünki, yoxlamalar zamanı adı çəkilən idarədə də milyonlarla vəsaitin talan olması üzə çıxıb. Yəqin ki, bu pulların bir qismini bizdən çıxmaq istəyirlər"
Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma idarəsində işləyən Fərəməz Qəmbərov da maaşlarının verilməməsindən şikayət edir:
“İki aydan çoxdur ki, maaş ala bilmirik. İdarədə yoxlamalar aparıldığı bildirildi. Sonra Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovun həbs olunma xəbəri yayıldı. Hələ də yoxlamaların getdiyi deyilir. Bir-iki günə veriləcək deyə- deyə iki ay keçir. Aldığım 600 manatdır. Ailənin təminatını ödəmək üçün məcbur qalıb min manat borc almışam. İndi borclular da pulunu istəyir. Banka da borcum var. Yenidən kredit də vermirlər. Nə edəcəyimi bilmirəm".
Şikayətçilər bildirir ki, maaşların verilməməsi ilə bağlı 10 gün əvvəl Naxçıvan Ali Məclisə şikayət də ediblər. Qəbul şöbəsində araşdırlacağına söz verilsə də, nəticə yoxdur. Bu səbədən, onlar Ali Məclisin qarşısında kütləvi aksiya keçirməyi planlaşdırırlar.

Geri qayıt