Əsas Səhifə > Cəmiyyət, Manşet > Səlim Müslümov işçiləri görün, hansı əsasla vəzifədən alır?

Səlim Müslümov işçiləri görün, hansı əsasla vəzifədən alır?


16-01-2014, 12:50
Səlim Müslümov işçiləri görün, hansı əsasla vəzifədən alır?
ƏƏSMN şefinə məmurların prezidentə sədaqətli olması gərək deyilmiş

DİA.AZ: - «Daha bir kadr dəyişikliyi bu günlərdə həyata keçiriləcək» Bu barədə DİA.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki qaynaqlar xəbər verib. Xatırladaq ki, dünən nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov keçmiş nazir Fizuli Ələkbərovun «adamı» kimi vəzifəsindən alındı.

Məlumatlarda bildirilirdi ki, İlham Məmmədovu sorğu-suala tutan nazirliyin aparat rəhbəri Əjdər Ol İlham Məmmədovu hətta az qala şübhəli şəxs qismində dindirib də. Bu haqda DİA.AZ-a xəbər verən qaynağın söylədikləri:

«Əjdər Ol İlham Məmmədovdan kimə işlədiyini soruşub. Hər halda, bu maraqlı bir sualdır. Sən demə, Səlim Müslümov nazirlikdə Fizuli Ələkbərovun casuslarını axtarırmış. Tutalım kimsə hələ də Fizuli Ələkbərovla yaxın münasibətlərini qoruyur - bundan yeni nazir hansı formada zərər görə bilərdi ki?»

Səlim Müslümov işçiləri görün, hansı əsasla vəzifədən alır?

Mənbəmiz bu məntiqin olmasına rəğmən Əjdər Ol tərəfindən İlham Məmmədovun əməlli-başlı təftiş edildiyini də söyləyir: «Lakin Əjdər Ola sərt cavab verilib və İlham Məmmədov bildirib ki, o, kiməsə yox, Azərbaycan prezidentinə və Azərbaycan qanunlarına sədaqətlidir. Hətta bu cavab da yetərli olmayıb. Çünki ondan gözləniləni «SƏLİM MÜSLÜMOVA İŞLƏYİRƏM» cavabı imiş. Və elə buna görə də İlham Məmmədovun vəzifəsindən azad edilməsi üçün rəy hazırlanır. Rəyi hazırlayan Əjdər Ol nazirə müvafiq sözləri çatdırandan sonra İlham Məmmədov işdən qovulur».

Bu ilginc faktları çatdıran məlumatlı mənbə iddia edir ki, yenə də nazirlikdə FİZULİ ƏLƏKBƏROVUN CASUSLARINA qarşı «mübarizə aparılacaq»…

Geri qayıt