Əsas Səhifə > Cəmiyyət, Manşet > Şərurda TİBBİ SIĞORTA HƏRLƏMİRLƏR...
Şərurda TİBBİ SIĞORTA HƏRLƏMİRLƏR...2-02-2023, 11:06 |
Şərur Rayon Xəstəxanasında pasiyentlərin tibbi sığortadan istifadəsi məhdudlaşdırılıb. Yeni qaydaya görə, gün ərzində cəmi 3-4 xəstəyə tibbi sığorta ilə xidmət göstərilir. Digər xəstələr isə məcburiyyət qarşısında qalıb, pullu xidmətdən istifadə edirlər. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Sakinlər deyir ki, əvvəllər, yəni Vasif Talıbovun dövründə xəstəxanalar daha artıq sığorta xidməti göstərirmiş. Rayon sakini Sahib Dadaşov deyir ki, sığortadan yararlana bilmək üçün, xəstələr hər gün səhər saatlarından növbə tutmalı olurlar: “Müayinəyə getmişdim. Növbədə gözləyənlər çox idi. Mən 8-ci adam idim. Üç nəfəri buraxdıqdan sonra dedilər ki, artıq sığortanın normasl dolub, gözləməyin. Tanışım vasitəsi ilə həkimin qəbuluna düşdüm. Elə vəziyyət yaradıblar ki, adam 20 manat verəndə utanır. 20-30 manat verməlisən. Naxçıvanda rəhbərlik dəyişməmişdən əvvəl heç olmasa gün ərzində 15-20 nəfər müayinədən keçə bilirdisə, İndi 4 nəfər keçəndə sevinirik. Faktiki görürük ki, tibbi sığorta ilə növbədə dayananları yola salmırlar. Tanışlarını, pul verənləri yola salırlar. Soruşanda da deyirlər ki, onlar əvvəldən növbəyə yazılıblar". Digər sakin Qurban Əliyev deyir ki, məsələ ilə bağlı xəstəxana rəhbərliyinə şikayət etsə də, xeyri olmayıb: "Səs-küy salanda da deyirlər ki, gəl növbəyə yazaq. Növbəyə yazılanda da, deyirlər növbən iki aydan sonra çatacaq. Xəstə iki ay necə gözləsin? Xəstə məcbur qalıb pul verib müayinəyə girir. Ən azından 20-30 manat həkimə verməlidir. Hər hansı tibbi aparatdan keçməyin, qan analizi verməyin də öz xərci var. Müayinədən çıxana kimi 100 manat pulun gedir. Sonra da yazılan resepti alırsan. Dərmanlar da bahadır. 200-250 manat alan təqaüdçü bunları nə ilə etsin?" Geri qayıt |