Əsas Səhifə > Cəmiyyət, Manşet > BU FAKTDIR: Naxçıvanda problemi yalnız mətbuat yazırsa, həll edirlər...
BU FAKTDIR: Naxçıvanda problemi yalnız mətbuat yazırsa, həll edirlər...7-02-2023, 11:03 |
Naxçıvan şəhərindəki Qoçüstü məhəlləsinin sakinləri istilik sistemlərinin sıradan çıxması ilə bağlı ötən cümə "Gündəlik Naxçıvan"a müraciət ünvanlamışdı. Məsələ ictimailəşdikdən sonra, məhəllədəki binalara istiliyin verilməsi bərpa olunub. Bu haqda redaksiyamıza məhəllə sakinlərinin özləri məlumat verib. Onlar deyir ki, binalara artıq normal istilik verilir: “Bir aydan çoxdur ki, istiliksiz qalmışdıq, soyuqda donurduq. Məlumat ictimailəşdikdən dərhal sonra əl-ayağa düşdülər. Tökülüb qazanxanaya gəldilər. Həmin gün axşam isə normal qaydada əhali istiliklə təmin olundu. Halbuki, bizə qazanın deşildiyini, yaza qədər təmirin mümkün olmayacağını bildirirdilər. Ancaq,orada 10 qazan var. Əgər birində problem varsa, digərlərini işlədə bilərdilər. Əsas odur ki, probleminiz həll olundu". Məhəllə sakinləri bildirirdi ki, problemlə bağlı dəfələrlə Ali Məclis də daxil olmaqla, aidiyyatı qurumlara müraciət etsələr də nəticəsi olmamışdı. //"Gündəlik Naxçıvan"// Geri qayıt |