Əsas Səhifə > Cəmiyyət, Manşet > "Bu xaotik durumu Mustafa Babanlı bilərəkdən yaradıb..."
"Bu xaotik durumu Mustafa Babanlı bilərəkdən yaradıb..."20-03-2023, 09:30 |
DİA.AZ: - "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neft və Energetika Kolleci fəaliyyət göstərir. Universitetin rektoru Mustafa Babanlı düz 3 ildir ki, bu Kollecə direktor təyin etmir". DİA.AZ bildirir ki, bu ittihamla deputat Etibar Əliyev çıxış edib. Qeyd edək ki, ondan bir gün əvvəl adıçəkilən millət vəkili Mustafa Babanlını tələbələrin oğru aləminə meyllənməsi səbəbindən sərt sözlərlə ittiham etmişdi: "Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı səsləndirilir və tələbələr də hamısı bir ağızdan bunu oxuyub oynayırlarsa, bu əyləncə deyil, təhlükədir. Gənc nəsilə Universitetlərdə təhsil verməklə yanaşı həm də, onların tənqidi təfəkkürü inkişaf etdirilməli, onlar yüksək davranışları ilə də seçilməlidirlər. AZİİ-də Baş verən bu rüsvayçı hadisə göstərdi ki, tələbələr birgə ifa etdikləri bu mahnını elə auditoriyalarda da oxuyurmuşlar. Bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa biilməz. Mən bu ali məktəbin yanından keçəndə tələbə davranışlarından dəhşətə gəlirdim. Bu da nəticə. Baş qarışıb pul silməyə, qohumbazlıq, dostbazlıqla məşğul olmağa, Universitetin deqradasiyası bu tip rektorun heç vecinə də deyil". DİA.AZ bildirir ki, bu dəfə isə deputat Etibar Əliyev rektor Mustafa Babanlını açıq yeyintidə ittiham edir: "Kollecin idarəçiliyini Universitetin prorektoru Ata Babayevə həvalə edib. Kollec təhsilinin əlifbasını bilməyən Ata Babayev gününün bir hissəsini kollecdə bir hissəsini isə Universitetdə keçirir. 1300 nəfərlik tələbə kontingenti olan bir Kollec başı- başına buraxılıb. Bu xaotik durumu M. Babanlı bilərəkdən yaradıb. Bu hərəkət Dövlətə və cəmiyyətə sayğısızlıqdır, ələ salmaqdır. Soruşmaq lazımdır, bu işdə marağın nədir?" Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |