Əsas Səhifə > Cəmiyyət, Manşet > Neftçala DAİM-in direktoru və HSBXİ-nin rəisindən yeni nazirə ŞİKAYƏT

Neftçala DAİM-in direktoru və HSBXİ-nin rəisindən yeni nazirə ŞİKAYƏT


5-05-2023, 10:06
Neftçala DAİM-in direktoru və HSBXİ-nin rəisindən yeni nazirə ŞİKAYƏT
Neftçala rayon sakini, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin (HSBXİ) sabiq əməkdaşı, ali və orta ixtisas təhsilli baytar həkim Tahirov Qəhrəman Baloğlan oğlu ərizə ilə redaksiyamıza müraciət edərək Neftçala DAİM-in direktoru Ramil Salmanov və HSBXİ-nin rəisi Alim Rüstəmovdan şikayətlənmişdir. Tahirov bildirir ki, adlarını çəkdiyi cütlüyün iş prinsipi mütəxəssisləri şantaj etməklə ləkələyib işdən uzaqlaşdırmaq, məqsədlərinə uyğun adamları cəlb etməklə mühiti özününküləşdirməkdir.

Neftçala DAİM-in direktoru və HSBXİ-nin rəisindən yeni nazirə ŞİKAYƏT
Neftçala DAİM-in direktoru və HSBXİ-nin rəisindən yeni nazirə ŞİKAYƏT

Ərizə müəllifi Neftçala rayon HSBXİ-nin rəisi Alim Rüstəmovu rəislik üçün təsadüfi adam hesab edir: “Neftçala DAİM-nin müdiri R.Salmanov Alim Rüstəmovla şərikləşərək sövdələşib nazirlikdən əmrini almağa söz vermişdi və etdi də. Ramil Salmanov idarədaxili yığım söhbətlərini Alim Rüstəmovla həyata keçirir. Belə ki, süni mayalanma mütəxəssislərindən hər birindən 500 manat yığdırır (2020, dekabr). 2020-ci il subsidiyalarının inteqrasiyası zamanı idarədə bazar açmışdılar və mən çox irad bildirdim, pis oldum. Ramil Salmanov yüksək maaş alması bir yana, 3 maşın idarə edir, qeyri-peşəkar olmaqla Salyan rayonundan hər gün 140 km uzaq məsafə yol gəlib-gedir. Əmək məhsuldarlığı sıfra bərabərdir, mövqeyi biixtiyardır. Alim Rüstəmovun nöqsanları çoxdur. Bunlar “şərik qardaşlardır”. 2021-ci il oktyabrın 30-da işlərə xitam verilib baytarlığın özəlləşdirilməsi dövrünə keçdiyi müddətə qədər Alim Rüstəmova həvalə edilmiş idarə maşınının sürücüsü Ağayev Ramil Əlpaşa oğlu heç vaxt işdə olmamışdır. O, süd alveri edən və şəxsi maşını olan birisidir. İrad tutmasaydıq, şofer yenə təsdiq olunub işləyəcəkdi. Hazırda işləmir, işlədiyi dövrdə Alim Rüstəmov şoferin əmık haqqı kartı ilə 15 min manata yaxın nəğdləşdirmə edib. İdarə maşınını yalnız şəxsi çöl işlərinə sərf edir, pambıq əkərək mal-material, gübrə toxum-çiyid daşıyır. İki dəfə sərxoş vəziyyətdə yol polisi əməkdaşları ilə mübahisə edib. Hazırda Neftçala rayon HSBXİ-nin rəisi Alim Rüstəmovun işi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılır. İdarədə DOST xidməti ilə işə düzələn 53 nəfər işçi var. İdarədaxili tabel sistemində Alim Rüstəmovun adı olub. İşə səhər saat 10:30-da gəlib günün ikinci yarısı saat 15 – 16-da aradan çıxmasına irad tutmuşuq”.

Neftçala DAİM-in direktoru və HSBXİ-nin rəisindən yeni nazirə ŞİKAYƏT

Şikayətçi həmçinin bildirir ki, Alim Rüstəmovun qanunsuz əməlləri KİV-də ictimailəşəndən sonra iki töhmət alıb və idarə əməkdaşlarınnın hamısı iki rüb əlavə mükafatlardan məhrum olub: “İdarədə vaksinləri anbardar əvəzinə öpzü paylayır ki, bu da yolverilməzdir. Hər iki rəhbər Kənd Təsərrüfatı Nazirliyinin kadr kontingentinə ləkədir”.

Q.Tahirov həmçinin yeni KT naziri Məcnun Məmmədovun regional qəbulunda iştirak etmək arzusunu ifadə edib və konstitusion hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş edir.

Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.
Deryaz.az

Geri qayıt